Agrotrade Supply MMC
Ana səhifə
/
/
/
İşə Qəbul üzrə Mütəxəssis

İşə Qəbul üzrə Mütəxəssis

Dünən

639

Təsvir

  • Vakansiyaların iş elanları platformalarında, sosial media kanallarında və peşəkar şəbəkələrdə yerləşdirilməsi;
  • Namizədlərin kompetensiya əsaslı yanaşma ilə qiymətləndirilməsi, CV və müraciətlərin sistemli təhlili;
  • Namizədlər və işə qəbul menecerləri arasında müsahibə proseslərinin koordinasiyası və peşəkar namizəd təcrübəsinin təmin edilməsi;
  • İş təklifləri üzrə danışıqların aparılması və yeni işçilərin adaptasiya (onboarding) prosesinə dəstək verilməsi;
  • Universitetlər, əmək yarmarkaları və digər kadr mənbələri ilə davamlı əlaqələrin qurulması və istedad hovuzunun formalaşdırılması;
  • İşə qəbul göstəricilərinin (time-to-hire, quality-of-hire və s.) izlənilməsi və proseslərin səmərəliliyinin artırılması;
  • Beynəlxalq işə qəbul trendlərinin, rəqəmsal alətlərin və qabaqcıl təcrübələrin izlənilməsi və tətbiqi;
  • Rəhbərlik tərəfindən verilən digər İR tapşırıqlarının və layihələrinin icrası;
  • Etik davranış prinsiplərinə, daxili prosedurlara, SƏTƏM və komplayens qaydalarına ciddi riayət olunması.


Tələblər

  • Ali təhsil (İnsan Resursları, Biznesin İdarə Edilməsi, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə) üstünlükdür;
  • İşə qəbul və ya İnsan Resursları sahəsində minimum 1 il iş təcrübəsi;
  • ATS (Applicant Tracking System) platformaları ilə praktiki iş təcrübəsi üstünlükdür;
  • MS Office proqramlarında sərbəst işləmə bacarığı;
  • Güclü ünsiyyət, maraqlı tərəflərlə işləmə və komanda əməkdaşlığı bacarıqları;
  • Analitik düşüncə, strukturlaşdırılmış yanaşma və nəticəyönümlülük;
  • Yüksək məsuliyyət, operativlik və təşəbbüskarlıq;
  • Azərbaycan dili səlis, ingilis və ya rus dili bilikləri üstünlükdür.


Vakansiya haqqında

Son tarix

February 9, 2026

Paylaşılıb

yanvar 27, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə