Agrotrade Supply MMC

istehsalat operatoru

  • Agrotrade Supply MMC
  • Abşeron rayonu, Xırdalan şəhəri, Bakı–Şamaxı şossesi 129 (Hökməli dairəsinin yaxınlığı)
  • Tam ştat

Dünən

47

Təsvir

Komandamıza istehsalat prosesinin həyata keçirilməsində iştirak edəcək İstehsalat Operatoru axtarır. Namizəd istehsalat avadanlıqlarını idarə etməli, texnoloji prosesləri izləməli və istehsalın keyfiyyət və təhlükəsizlik tələblərinə uyğun icrasına dəstək verməlidir.



Vəzifə öhdəlikləri


  • İstehsalat avadanlıqlarını və idarəetmə panellərini texnoloji təlimatlara uyğun idarə etmək.
  • Soya paxlasının emalı prosesini istehsal planına və müəyyən edilmiş standartlara uyğun icra etmək.
  • İstehsalata başlamazdan əvvəl avadanlıqların texniki vəziyyətini yoxlamaq və aşkar edilən nasazlıqlar barədə rəhbərliyə məlumat vermək.
  • Avadanlıqların gündəlik texniki baxışını və təmizliyini təmin etmək.
  • Laboratoriya nəticələrinə və istehsalat göstəricilərinə uyğun olaraq prosesi izləmək və tənzimləmək.
  • İstehsal prosesində yaranan uyğunsuzluqları vaxtında aşkar etmək və rəhbərliyə məlumat vermək.
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik və sanitariya qaydalarına riayət etmək.
  • İstehsal sahəsində təmizliyi və iş yerinin səliqəsini qorumaq.
  • Rəhbərlik tərəfindən verilən və vəzifə funksiyalarına uyğun digər tapşırıqları yerinə yetirmək.

Tələblər


  • Təhsil: Orta, orta ixtisas və ya peşə təhsili
  • İş təcrübəsi: İstehsalat sahəsində minimum 1–3 il
  • İstehsalat avadanlıqları ilə işləmək bacarığı
  • Növbəli iş rejimində işləmək imkanı
  • Məsuliyyətli, diqqətli və komandada işləmək bacarığı



İş şəraiti


  • İş qrafiki: 6 günlük, növbəli iş rejimi
  • Gecə növbəsində işləmək imkanı

Vakansiya haqqında

Son tarix

September 5, 2026

Paylaşılıb

avqust 5, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı

İmtiyazlar

  • Pasha Loyalty program "Dəyərlisən"
  • Tibbi sığorta
  • Nahar şirkət tərəfindən təmin edilir.
  • Servislə təmin olunur