İstehsalat sahəsində metal konstruksiyaların və avadanlıqların qaynaq, kəsim, montaj və təmir işlərini təhlükəsizlik qaydalarına uyğun şəkildə yerinə yetirmək, avadanlıqların saz vəziyyətdə saxlanılmasını təmin etmək.
Vəzifə öhdəlikləri:
- Metal konstruksiyaların və avadanlıqların qaynaq, kəsim, montaj və təmir işlərini həyata keçirmək;
- Mexaniki və çilingər işlərini yerinə yetirmək;
- Avadanlıqlarda yaranan nasazlıqları müəyyən etmək və aradan qaldırmaq;
- Metal konstruksiya və avadanlıqların təmiri və bərpasını həyata keçirmək;
- Detalların kəsilməsi, birləşdirilməsi, quraşdırılması və sökülməsini icra etmək;
- Qaynaq və çilingər alət-avadanlıqlarından düzgün və təhlükəsiz istifadə etmək;
- Avadanlıqların daim saz vəziyyətdə saxlanılmasını təmin etmək;
- Aşkar edilmiş nasazlıqlar barədə birbaşa rəhbərə vaxtında məlumat vermək;
- Əməyin mühafizəsi, təhlükəsizlik və sanitariya-gigiyena qaydalarına riayət etmək.