AMOGROUP

Hüquqşünas

  • AMOGROUP
  • 31 Şah İsmayıl Xətai prospekti, Bakı, Azərbaycan
  • Tam ştat

Bu gün

14

Təsvir

  • Şirkətin fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan normativ bazanın hazırlanması və tədbiqi;
  • Şirkətin hüquq və qanuni maraqlarının etibarnamə əsasında məhkəmələrdə, digər dövlət orqanlarında, fiziki və hüquqi şəxslərin qarşısında müdafiəsini təmin etmək;
  • Məhkəmə mubahisələrinin hüquqi nöqteyi nəzərindən həll edilməsi üçün tədbirlər görmək (iddia ərizəsi, apellyasiya və kassasiya şikayəti hazırlamaq və s.);
  • Şirkətin fəaliyyətinin həyata keçirilməsi məqsədilə lisenziya, icazənin alınması üçün ərizə, tələbnamə və digər sənədlərin hazırlanması;
  • Hüquqi xarakterli daxili sənədlərin işlənib hazırlanması;
  • Şirkət daxilində hazırlanan əmr, təlimat, prosedurlar, əsasnamələr, standartlar və digər normativ xarakterli sənədlərin layihələrinin ekspertizasının həyata keçirmək və bu layihələrin hazırlanmasında iştirak etmək;
  • Qanunvericilikdə dəyişkikiliyin və ehtimal hüquqi risklərin analizi;
  • Şirkətin rəhbərliyinə imza üçün təqdim edilən əmr, təlimat, müddəa və hüquqi xarakterli digər sənədlərin layihələrinin qanunvericiliyə uyğunluğunu yoxlamaq;
  • Mülki müqavilələrin layihələrinin hazırlanması; Şirkətə kontragentlər tərəfindən təqdim olunan müqavilə layihələrin qanunvericiliyə uyğunluğunun yoxlanılması;
  • Zəruri hallarda Şirkət işçilərin işdən azad olunması və ya digər işə keçirilməsi, işçilərin üzərinə inzibati cərimələrin qoyulmasının qanuniliyinin təmin olunmasında insan

resursları şöbəsinə köməklik etmək;

  • Təşkilatın struktur bölmələrində müqavilə tərtibatı işlərinin yoxlanılması və çatışmamazlıqların aşkarlandığı təqdirdə (müqavilələrin vaxtı-vaxtında imzalanmaması, tərəfmüqabillərlə hesablaşmaların aparılması qaydalarının pozulması, təhvil-təslim qaydaların pozulması və s.) onların aradan qaldırılmasına dair təkliflərin və tədbirlər planının verilməsi;
  • Hüquqşünasın fəaliyyəti ilə əlaqədar Şirkətin rəhbəri və ya özünün birbaşa rəhbərinin digər tapşırıqlarını yerinə yetirmək.


Tələblər

  • Hüquq sahəsində ali təhsil;
  • Mövcud sahə üzrə 1-2 il iş təcrübəsi, (Korporativ hüquq təcrübəsi üstünlükdür)
  • Rus və ingilis dillərini əla səviyyədə bilməli;
  • MS Office proqramlarında iş bacarığı; 
  • Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
  • Yüksək araşdırma və tədqiqat bacarığı;
  • Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq;
  • Komandanın üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı.

Vakansiya haqqında

Son tarix

May 3, 2026

Paylaşılıb

aprel 3, 2026

Vakansiya növü

Tam ştat

Vəzifə dərəcəsi

Mütəxəssis

Kateqoriya

Hüquq