A

Baş mühasib

  • Tam ştat

05-05-2025

194

Təsvir

Vəzifə öhdəlikləri: 

  • Mühasibatlıq şöbəsinin əsasnaməsi ilə müəyyən olunmuş vəzifələrin icrasını təşkil etmək;
  • Tabeliyində olan işçilər arasında iş bölgüsü aparmaq, onların fəaliyyətini əlaqələndirmək, əmək və icra intizamına riayət etmələrinə nəzarət etmək;
  • Şirkətin mühasibat-təsərrüfat fəaliyyətinin mühasibat uçotunun təşkil etmək;
  • Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkəti, xərclər smetasının hazırlanmasını təmin etmək;
  • Mənfəət və pul vəsaitlərinin hərəkəti üzrə hesabatların hazırlanmasını təmin etmək;
  • Mühasibat uyğunsuzluqlarının təhlili və effektiv həll yollarını tövsiyə etmək;
  • Mühasibat uçotu üzrə bütün tapşırıqların və əməliyyatların vaxtında yerinə yetirilməsini təmin etmək;
  • Şöbənin fəaliyyəti ilə əlaqədar aylıq, rüblük, illik hesabatların hazırlanmasına nəzarət etmək;
  • Şöbənin işçilərinin bilik və bacarıqlarının artırılması istiqamətində təkliflər vermək.

Tələblər

  • Ali təhsil (maliyyə, iqtisadiyyat);
  • baş mühasib vəzifəsində 3 illik iş təcrübəsi;
  • PMS ( Beynəlxalq dərəcəli sertifikatları (ACCA) olanlara üstünlük verilir);
  • Vergi qanunvericiliyini və Beynəlxalq Maliyyə Hesabatları Standartlarını bilməli;
  • Mükəmməl Excel bilikləri və 1C proqramı ilə işləmək bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Yüksək ünsiyyət və analitik düşünmə bacarığı.


Vakansiya haqqında

Son tarix

June 4, 2025

Paylaşılıb

may 5, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə