A

Resepşn

  • Tam ştat

Bu gün

16

Təsvir

Resepşn və qonaqların qəbulu

•    Resepşn fəaliyyətini gündəlik idarə etmək və ön masanın nizamlı işini təmin etmək

•    Qonaqları qarşılamaq, ofisə giriş prosesini təşkil etmək və onları aidiyyəti şəxslərə yönləndirmək

•    Gələn zəngləri, sorğuları və ümumi müraciətləri qəbul etmək, aidiyyəti əməkdaşlara ötürmək

•    Görüşləri və qonaq səfərlərini koordinasiya etmək, görüş otaqlarının hazır olmasını təmin etmək


Sənəd, poçt və kuryer işi

•    Ofisə daxil olan və çıxan sənədlərin ilkin qəbulunu və qeydiyyatını aparmaq

•    Kuryer, poçt və sənəd çatdırılmalarının qəbulunu və göndərilməsini təşkil etmək

•    Sənədləri aidiyyəti departamentlərə vaxtında çatdırmaq


İnzibati dəstək

•    Ofis ləvazimatlarının ehtiyatını izləmək və ehtiyaclar barədə məlumat vermək

•    Qonaqlar üçün ikram xidmətini təşkil etmək

•    Ofis administratorunun və rəhbərliyin inzibati tapşırıqlarına dəstək vermək

Tələblər

•    Ali təhsil (biznes idarəetməsi, menecment və ya əlaqəli sahə üstünlükdür)

•    Ofis administrasiyası, reception və ya sənəd dövriyyəsi sahəsində ən azı 1 il iş təcrübəsi

•    Azərbaycan dilində mükəmməl yazılı və şifahi bilik; ingilis dilində işgüzar səviyyədə ünsiyyət; rus dili bilikləri üstünlükdür

•    MS Office proqramlarından (Word, Excel, Outlook) və Microsoft Teams-dən sərbəst istifadə

•    Kargüzarlıq və işgüzar yazışma qaydalarını bilmək

•    Güclü təşkilatçılıq, prioritetləşdirmə və eyni anda bir neçə tapşırığı idarə etmə bacarığı

•    Diqqətlilik, məsuliyyət və məxfiliyə riayət

•    Peşəkar görünüş, xoş ünsiyyət və müştəri yönümlü yanaşma

Vakansiya haqqında

Son tarix

November 15, 2026

Paylaşılıb

oktyabr 16, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə

İmtiyazlar

  • Könüllü tibbi sığorta
  • Parking və yanacaq xərcləri
  • Korporativ nömrə
  • Korporativ telefon