ATB Bank
Ana səhifə
/
/
/
Bakı və region filialları üzrə kiçik satış məsləhətçisi / satış məsləhətçisi

Bakı və region filialları üzrə kiçik satış məsləhətçisi / satış məsləhətçisi

  • ATB Bank
  • 85 Cəlil Məmmədquluzadə küçəsi, Bakı, Azərbaycan
  • Tam ştat

Bu gün

17

Təsvir

  • Fiziki şəxslərə qüvvədə olan qanunvericilik, Mərkəzi Bankın və Bankın müvafiq normativ hüquqi aktları çərçivəsində yüksək səviyyəli bank xidmətlərinin göstərilməsi;
  • Fiziki şəxslərə təklif olunan kredit məhsullarının rəsmiləşdirilməsi;
  • Hesablar üzrə nağd və nağdsız əməliyyatların aparılması, ödəniş kartlarının satışı;
  • Sənədli əməliyyatlar zamanı müştərilərdən sənədlərin qəbul edilməsi, yoxlanılması və müvafiq şöbələrə ötürülməsi;
  • Bank məhsulları və xidmətləri barədə müştərilərə dolğun məlumat verilməsi;
  • Depozit məhsulları üzrə müştərilərin məlumatlandırılması və depozitlərin qəbul edilməsi;
  • Plastik kartlar barədə müştərilərə məlumat verilməsi, məhsulların təklifi və sifarişlərin icrası;
  • Müştəri müraciətlərinin cavablandırılması və yüksək xidmət keyfiyyətinin təmin edilməsi;
  • Bankın yenilikləri və kampaniyaları barədə müştərilərin məlumatlandırılması;


Qeyd: Bakı filiallarından başqa regionlar üzrə (Gəncə, Şirvan və Naxçıvan filialları) çalışmaqda maraqlı olan namizədlərin müraciəti nəzərə alınacaqdır.

Tələblər

  • Ali təhsil;
  • Komandada işləmək bacarığı;
  • Yaxşı ünsiyyət və müştəriyönümlü yanaşma;
  • Xarici dil biliyi arzuolunandır;
  • Kompüter bilikləri: MS Office.


Vakansiya haqqında

Son tarix

May 9, 2026

Paylaşılıb

aprel 9, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Gənc mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə