ATB Bank
Ana səhifə
/
/
/
Biznes Proseslərin İdarə Edilməsi Departamentinin Rəqəmsal Məhsulların İdarə Edilməsi şöbəsində aparıcı/ baş mütəxəssis

Biznes Proseslərin İdarə Edilməsi Departamentinin Rəqəmsal Məhsulların İdarə Edilməsi şöbəsində aparıcı/ baş mütəxəssis

  • ATB Bank
  • 85 Cəlil Məmmədquluzadə küçəsi, Bakı, Azərbaycan
  • Tam ştat

30-07-2024

2.3K

Bağlanılıb

Təsvir

• Layihə üzrə məhsulun yol xəritəsinin (Roadmap) hazırlanması;

• Dəyişdirilməsi təklif olunan biznes proseslərin və ya yeni layihələr üzrə biznes proseslərin təhlili;

• Layihə çərçivəsində maraqlı tərəflərin (Stakeholder) tələblərinin toplanması, ehtiyacların müəyyən edilməsi üçün görüşlərin və müsahibələrin həyata keçirilməsi (Requirements gathering);

• Layihənin icrası üzrə əlaqəli işlərin siyahısının (Backlog) hazırlanması və prioritetləşdirilməsi;

• Layihələr üzrə nəzərdə tutulmuş işlərin və dəyişikliklərin tətbiqi məqsədilə tapşırıqların formalaşdırılması və bu prosesdə iştirak edən strukturlar ilə razılaşdırılması;

• Tələblərin komanda üzvlərinə aydın şəkildə çatdırılması və icrası üçün işin təşkili;

• Layihənin icrası mərhələsində tələblərin proqramçılara düzgün çatdırılması üçün lazımi informasiya dəstəyinin göstərilməsi;

• Testləşmə işlərinin həyata keçirilməsi və çatışmazlıqlar aşkar olunduğu təqdirdə, onların aradan qaldırılması məqsədi ilə tədbirlərin həyata keçirilməsi;

• Görülmüş işlər üzrə nəticələrinin sifarişçisi və təşkilatın digər aidiyyatı struktur bölmələri ilə razılaşdırılmasının və istismara buraxılmasının təşkili;

• Görülmüş işlərin istifadəyə verilməsi mərhələsində müştəriyə/sifarişçiyə təqdimatın həyata keçirilməsi və lazımi təlimlərin verilməsi (İstifadəçi təlimatları, təqdimatlar və s.);

• Layihə üzrə qoyulmuş hədəflərin yerinə yetirilməsini izləmək;

• Fəaliyyət göstərdiyi dövrdə qarşıya çıxan digər cari vəzifələri yеrinə yеtirmək;

• Dövri hesabatların hazırlanması;

Tələblər

• Ali iqtisadi/texniki təhsilə malik olmaq;

• Bank işi və ya sahə üzrə 2 illik iş təcrübəsinə malik olmaq;

• Azərbaycan dilini mükəmməl bilmək, xarici dil biliyi arzuolunandır (ingilis və rus dilləri yaxşı səviyyədə);

• “MS Office” proqramları üzrə biliklər (“MS Excel”, “MS Visio”, “MS PowerPoint” proqramlarında işləmə bacarıqlarının yüksək səviyyədə olması);

• “Jira”, “Google Sheets/Docs/Forms”, “Miro”, “Figma” kimi alətlərlə tanışlıq və istifadə edə bilmə bacarıqları;

• “SQL/PL SQL” üzrə biliklərin olması;

• “Agile” metodologiyaları üzrə biliklərin olması;

• Analitik düşünmə və problemin həlli istiqamətində düşünmə qabiliyyəti;

• Gərgin əmək şəraitində işləmək qabiliyyəti;

• Komanda tərkibində və fərdi şəkildə işləmək, yüksək ünsiyyət bacarıqları;

• Məsuliyyətlilik və operativlik;

• Kreativlik və təşəbbüskarlıq.

Vakansiya haqqında

Son tarix

sentyabr 8, 2024

Paylaşılıb

iyul 30, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə