192, küç. 85 Cəlil Məmmədquluzadə küçəsi, Bakı, Azerbaijan
Tam ştat
30-09-2024
890
Bağlanılıb
Təsvir
Şirkətin fəaliyyətinin qüvvədə olan qanunvericiliyin tələblərinə uyğunluğuna nəzarət etmək, komplayns indiqatorları üzrə şirkətin mövqeyini qiymətləndirmək;
Monitorinqlər zamanı aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması üzrə müvafiq struktur bölmələr tərəfindən təqdim edilmiş tədbirlər planının razılaşdırılmış son icra tarixi çərçivəsində həyata keçirilməsi üzrə prosesi izləmək;
Qanunvericilik pozuntusuna səbəb ola biləcək risklərin aradan qaldırılması ilə əlaqədar görülməli olan tədbirlərin icrasına nəzarəti həyata keçirmək;
Şirkətin yeni yaradılmış satış kanalları və sığorta məhsulları (buraya həmin məhsullarla bağlı ictimaiyyətə açıq material, təqdimat, press-reliz, broşura və s. daxildir) üzrə müvafiq struktur bölmələrdən daxil olan sorğular üzrə qanunvericiliyə uyğunluğunu təhlil edib rəy vermək;
Şirkət daxilində və işçilər arasında komplayens mədəniyyətinin formalaşmasını təmin etmək;
Qanunvericilikdə baş vermiş dəyişiklikləri izləmək, zəruri dəyişikliklər və həmin dəyişikliklərin biznes proseslərə təsiri ilə bağlı birbaşa rəhbərini məlumatlandırmaq;
Komplayens istiqaməti üzrə birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqları icra etmək.
Tələblər
Ali təhsil (iqtisadi,hüquqi);
Bank işi sahəsində 1 illik iş stajı;
Azərbaycan, İngilis dilini mükəmməl, Rus dilini orta səviyyədə bilmək;
Kompüter proqramlarında işləmək qabiliyyəti (Microsoft Office və s.)