Avtolüks Azərbaycan MMC
Ana səhifə
/
/
/
Marketinq üzrə təcrübəçi mütəxəssis

Marketinq üzrə təcrübəçi mütəxəssis

08-04-2024

735

Təsvir

Dinamik marketinq komandamıza qoşulmaq üçün motivasiyalı və həvəsli Marketinq üzrə təcrübəçi mütəxəssis axtarırıq.Təcrübəçi marketinq mütəxəssisi vakansiyasına marketinqin müxtəlif aspektləri, o cümlədən rəqəmsal marketinq, sosial medianın idarə edilməsi və bazar araşdırması üzrə praktiki təcrübə əldə etməkdə maraqlı olan şəxslər müraciət edə bilərlər. 


1.    Məhsulları və xidmətləri tanıtmaq üçün marketinq strategiyalarının işlənib hazırlanmasına və həyata keçirilməsinə kömək etmək;

2.    İstehlakçı ehtiyaclarını, bazar tendensiyalarını və rəqiblərin fəaliyyətlərini müəyyən etmək üçün bazar araşdırması aparmaq;

3.    Rəqəmsal marketinq sahəsində işlərin icrasına dəstək olmaq;

4.    Marketinq tədbirlərinin təşkili və əlaqələndirilməsinə kömək etmək;

5.    Biznesin inkişafı şöbəsinə ümumi inzibati dəstək göstərmək;

Tələblər

1.    Ali təhsil (marketing ixtisasına malik şəxslərə üstünlük veriləcək);

2.    İngilis-dili biliyi;

3.    MS office proqramlarında işləmə bacarığı;

4.    Komandada işləmək bacarığı.

Vakansiya haqqında

Son tarix

may 18, 2024

Paylaşılıb

aprel 8, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə