Ərazi və kameral şəraitdə AYNA-nın Coğrafi İnformasiya Sistemi (CİS) bazası üzrə yenilənmələrin aparılması, habelə yol hərəkətinin təşkili üzrə texniki nizamlama vasitələrinin atributiv göstəriciləri daxil edilməklə sistemə əlavə olunması;
Ərazidə topoqrafik ölçmə işlərinin hazırlanması və icrası;
Fəaliyyət funksiyasına uyğun olaraq verilmiş tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;
Fəaliyyət funksiyası üzrə daxil olan müraciətlərin araşdırılması, təhlil edilməsi və əsaslandırılmış cavabların hazırlanması;
Coğrafi İnformasiya Sistemi bazasından məlumatların əldə edilməsi, emalı və təhlilinin aparılması;
Fəaliyyət funksiyası üzrə hesabatlılığın təmin edilməsi və müvafiq hesabatların hazırlanması;
Digər xəritə məlumatlarının mütəmadi izlənilməsi, aşkar edilmiş dəyişikliklər barədə müvafiq qaydada məlumatın verilməsi.
Tələblər
Nəqliyyat sahəsi üzrə ali təhsil;
Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi;
İngilis və rus dillərini bilmək üstünlükdür;
ArcGIS Pro, AutoCAD və Google Earth Pro proqramlarında yaxşı səviyyədə işləmək bacarığı;
MS Word və MS Excel proqramlarında yaxşı səviyyədə istifadə bacarığı;
Mexaniki ötürmələr qutusuna malik minik avtomobilini sərbəst idarəetmə bacarığı;
Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanununa uyğun olaraq yol hərəkətinin təşkili üzrə texniki tənzimləmə vasitələri barədə biliklərə malik olmaq;
Punktuallıq, iş prosesində detallara diqqətlilik və məsuliyyətlilik;
Effektiv ünsiyyət qurmaq və komanda ilə işləmək bacarığı;
Analitik düşüncə tərzi, məlumatları təhlil etmə və innovativ yanaşma qabiliyyəti;
Çətin və stresli situasiyalarda operativ və nəticəyönümlü işləmək bacarığı.
Əlavə qeyd: Respublika ərazisində (Bakı və regionlar daxil olmaqla) işləməyə hazır olmaq.