Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
Ana səhifə
/
/
/
Aparıcı inspektor (Naxçıvan regional idarəsi)

Aparıcı inspektor (Naxçıvan regional idarəsi)

02-12-2025

537

Təsvir

Əsas öhdəliklər:

·      Sərnişin və yük daşımalarının qanunvericiliyə, beynəlxalq tələblərə və təhlükəsizlik qaydalarına uyğun həyata keçirilməsinə nəzarət etmək;

·      “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı” olmadan daşımaların aparılmasının qarşısını almaq və daşıyıcılar arasında maarifləndirmə aparmaq;

·      Şəhərlərarası və rayonlararası sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə əməl etməsinə nəzarət etmək;

·      Mövcud tariflərə uyğun gediş haqlarının tətbiqinə nəzarət etmək;

·      Regional idarənin əhatə etdiyi ərazidə avtovağzal və avtostansiyaların fəaliyyətinin normativ tələblərə uyğun təşkilinə nəzarət etmək;

·      Qanunvericiliklə müəyyən edilmiş qaydalar əleyhinə inzibati xətaların aşkarlanması və qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görülməsində iştirak etmək;

·      Xidməti göstərişlərin icrası zamanı digər əməkdaşlara dəstək göstərmək və fəaliyyət planında nəzərdə tutulmuş tədbirlərin tam və vaxtında icrasını təmin etmək;

·      Peşə biliklərini inkişaf etdirmək və iş prosesində qabaqcıl metodlardan istifadə etmək.

Görülmüş işlərlə bağlı hesabatların hazırlanmasını təmin etmək;

Tələblər

Tələblər və bacarıqlar:

·      Nəqliyyat sahəsi üzrə ali təhsil;

·      Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;

·      Azərbaycan dilini sərbəst bilmək;

·      MS Office proqramlarında sərbəst işləmə bacarığı;

·      “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu;

·      Azərbaycan Respublikasının avtomobil nəqliyyatı sahəsi üzrə qanunvericiliyi və normativ aktları;

·      Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi üzrə biliklər;

·      Avtomobil nəqliyyatı və logistika sahəsində peşəkar bilik və təcrübənin olması;

·      Tapşırıqları vaxtında və dəqiqliklə icra etmək;

·      Problem həll etmə və qərarvermə bacarığı;

·      Kollektivdə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;

·      Prioritetləri düzgün müəyyən etmək və eyni anda bir neçə iş üzrə çalışmaq;

·      İdarəetmə bacarıqları;

·      Normativ aktlarla bağlı dəyişiklikləri daim izləmək və tətbiq etmək bacarığı;

·      Yüksək səviyyədə inandırıcı kommunikasiya və əsaslandırılmış qərarvermə;

·      Konfliktlərin idarə edilməsi və çətin vəziyyətlərdə konstruktiv yanaşma;

·      Bir neçə işi paralel idarə etmək və prioritetləri düzgün bölüşdürmək;

·      Müzakirə aparmaq və razılaşdırma bacarığı;

·      Mentorluq və əməkdaşların inkişafına dəstək olmaq;

·  İş yeri və müsahibənin təşkil ediləcəyi yer: Naxçıvan şəhəri.



Vakansiya haqqında

Son tarix

January 7, 2026

Paylaşılıb

dekabr 2, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Logistika və nəqliyyat