Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
Ana səhifə
/
/
/
Kiçik inspektor (Naxçıvan regional idarəsi)

Kiçik inspektor (Naxçıvan regional idarəsi)

02-12-2025

598

Təsvir

Əsas öhdəliklər:

·       Sərnişin və yük daşımalarının qanunvericiliyə və beynəlxalq tələblərə uyğun həyata keçirilməsinə nəzarət etmək;

·      “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı” olmadan daşımaların həyata keçirilməsinin qarşısını almaq;

·      Daşıyıcılara normativ hüquqi tələblər üzrə maarifləndirmə dəstəyi göstərmək;

·       Sürücülərin iş və istirahət rejiminə əməl etməsinə nəzarət etmək;

·       Nəqliyyat vasitələrinin texniki vəziyyəti ilə bağlı ilkin vizual yoxlama aparmaq;

·      mövcud tariflərə uyğun gediş haqqı qiymətlərinin tətbiqinə nəzarət etmək;

·      İnzibati xətaların aşkar olunmasında və  müvafiq tədbirlərin görülməsinə iştirak etmək;

·      Aşkarlanmış pozuntular barədə ilkin məlumatların vaxtında sistemə daxil edilməsinə dəstək göstərmək;

·      Daşıyıcılardan daxil olan sual və müraciətlərin ilkin qeydiyyatını aparmaq;


Tələblər

Tələblər və bacarıqlar:

·      Orta ixtisas təhsili(nəqliyyat üzrə). Ali təhsil olması üstünlükdür;

·      Müvafiq sahədə iş təcrübəsinin olması üstünlükdür;

·      Azərbaycan dili - sərbəst səviyyədə bilmək;

·      MS Office proqramları barədə ilkin biliklər;

·      Azərbaycan Respublikasının avtomobil nəqliyyatı sahəsi üzrə qanunvericiliyini və normativ aktları bilmək;

·      Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi barədə biliklər;

·      Aydın və nəzakətli ünsiyyət qurmaq bacarığı;

·      Dəqiq dinləmə və məlumatı düzgün anlama bacarığı;

·      Tapşırıqları vaxtında və dəqiq icra etmək;

·      Yeni bilikləri tez mənimsəmə və adaptasiya olma qabiliyyəti;

·      Komanda ilə əməkdaşlıq etmək bacarığı;

·      Məsuliyyətlilik və nizam-intizam.

·   İş yeri və müsahibənin təşkil ediləcəyi yer: Naxçıvan şəhəri.


Vakansiya haqqında

Son tarix

January 1, 2026

Paylaşılıb

dekabr 2, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Logistika və nəqliyyat