Yol hərəkətinin təşkili ilə bağlı digər dövlət orqanlarından və qurumlardan daxil olan normativ və qeyri-normativ hüquqi akt layihələrinə dair rəy və təkliflər hazırlamaq;
Yol hərəkətinin təşkili ilə bağlı AYNA-da hazırlanan normativ və qeyri-normativ hüquqi akt layihələrinə dair rəy və təkliflər hazırlamaq;
Yol hərəkətinin təşkili ilə bağlı beynəlxalq təcrübəni təhlil etmək və təkliflər hazırlamaq;
Yol hərəkətinin təşkili üzrə digər dövlətlərdə və beynəlxalq təşkilatlarda mövcud olan standartlarla bağlı təhillər aparmaq;
Azərbaycan Respublikasında yol hərəkətinin təşkili üzrə yeni standartların qəbul edilməsi ilə bağlı təkliflər hazırlamaq;
Yol hərəkətinin təşkili üzrə yeni standartların layihələrinin hazırlanmasında iştirak etmək;
Müxtəlif dövlət orqanlarından və qurumlarından, eləcə də AYNA-nın struktur bölmələrindən daxil olan sənədlərin cavablandırılmasında iştirak etmək;
Departamentin fəaliyyət istiqamətləri üzrə təqdimatlar və arayışlar hazırlamaq.
Tələblər
Ali təhsil (Hüquq və ya Yol hərəkətinin təşkili üzrə minimum bakalavr təhsili);
Azərbaycan dili yazılı və şifahi sərbəst, Rus və ingilis dillərində yaxşı səviyyədə danışmaq bacarığı;
Windows əməliyyat sistemində, Microsoft office Word, Powerpoint, Excel proqram təminatlarında sərbəst işləmək bacarığı;
Layihə idarəetmə metodologiyaları haqqında məlumatlı olmaq (məsələn Agile, Waterfall);
Güclü təhlil bacarıqlarına sahib olmaq;
Problemlərə kompleks və məntiqi yanaşmaq bacarığı;