Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
Ana səhifə
/
/
/
Sərnişin daşımaları üzrə kiçik mütəxəssis (Naxçıvan regional idarəsi)

Sərnişin daşımaları üzrə kiçik mütəxəssis (Naxçıvan regional idarəsi)

Bu gün

182

Təsvir

Əsas öhdəliklər:

-       Onlayn bilet satışı işinin təşkili və genişləndirilməsi ilə bağlı tədbirlər görmək;

-       Sifarişli sərnişin daşımalarına icazələrin verilməsi barədə müraciətlərə baxmaq və hesabatları hazırlamaq;  

-       İctimai nəqliyyatın işinin və bu sahədə nəzarətin təşkilində iştirak etmək;

-       Taksi sifarişi operatorlarının müvafiq informasiya sisteminə məlumat ötürmələrini təmin etmək;

-       Taksi ilə sərnişin daşımaları sahəsində qanunvericiliyin tələblərinin icra edilməsində və bu sahədə nəzarətin təmin edilməsində iştirak etmək;

-       Sərnişindaşıma üzrə gediş tariflərinin müəyyən edilməsində iştirak etmək.

Tələblər

Tələblər:

-       Nəqliyyat sahəsi üzrə ali təhsil;

-       Müvafiq sahədə iş təcrübəsinin olması üstünlükdür;

-       Azərbaycan dilini sərbəst səviyyədə bilmək;

-       MS Office proqramlarında ilkin səviyyədə işləmə bacarığı;

-       “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu;

-        Azərbaycan Respublikasının avtomobil nəqliyyatı sahəsi üzrə qanunvericiliyini və normativ aktları;

-       “Lisenziyalar və icazələr haqqında” qanunu və taksi fəaliyyəti sahəsini tənzimləyən müvafiq normativ sənədlər üzrə məlumatlı olmaq (müsabiqə, reysqabağı texniki və tibbi müayinə, sərnişin və yük daşınması qaydaları və s.);

-       Sərnişindaşıma üzrə normativ tələblər barədə biliklər;

-       Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi barədə biliklər;

-       Çətin situasiyalarda konstruktiv yanaşma;

-       Problem həll etmə və qərarvermədə çeviklik;

-       Stressə davamlılıq və emosional sabitlik;

-       Prioritetləşdirmə və detallara diqqət;

-       Analitik düşünmə və innovativlik

-       Komanda ilə işləmək bacarığı.

      İş yeri və müsahibənin təşkil ediləcəyi yer: Naxçıvan şəhəri.

Vakansiya haqqında

Son tarix

January 13, 2026

Paylaşılıb

dekabr 4, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Logistika və nəqliyyat