"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
Uçuş heyətinin planlaşdırılması şöbəsi, Pilotların planlaşdırılması qrupu, Mütəxəssis

Uçuş heyətinin planlaşdırılması şöbəsi, Pilotların planlaşdırılması qrupu, Mütəxəssis

17-09-2026

58

Təsvir

  • Uçuş fəaliyyətini tənzimləyən sənədlərin, o cümlədən OM-A-nın müvafiq tələblərini, həmçinin pilotların uçuş, iş və istirahət vaxtı normalarını bilmək;
  • Təsdiq edilmiş uçuş qrafikinə əsasən pilotların uçuşlara planlaşdırılmasını və təyin edilməsini, həmçinin iş və istirahət cədvəllərinin hazırlanmasını həyata keçirmək;
  • Pilotların gündəlik, həftəlik, aylıq və illik uçuş saatlarına, eləcə də iş və istirahət müddətlərinə nəzarət etmək;
  • Pilotların uçuş və istirahət normalarına riayət olunmasını təmin etmək məqsədilə uçuş və iş cədvəllərini tənzimləmək və yeniləmək;
  • Pilotların uçuş saatları, iş və istirahət müddətləri üzrə müvafiq hesabatları aparmaq.

Tələblər

  • Ali təhsil – Milli Aviasiya Akademiyasının (MAA) məzunlarına üstünlük verilir;
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • MS Office proqramlarında, xüsusilə MS Excel-də yaxşı işləmək bacarığı;
  • Aviasiya planlaşdırılması və ekipaj idarəetmə proqramları ilə işləmək təcrübəsi arzuolunandır;
  • Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili – B2 səviyyəsində;
  • Yüksək analitik və məntiqi düşünmə qabiliyyəti;
  • Detallara diqqət və yüksək məsuliyyətlilik;
  • Stressli və operativ dəyişikliklər tələb edən iş şəraitində işləmək bacarığı;
  • Güclü təşkilatçılıq və vaxtın idarə edilməsi bacarığı;
  • Komandada işləmək və müxtəlif struktur bölmələri ilə effektiv koordinasiya qurmaq bacarığı.

Vakansiya haqqında

Son tarix

September 27, 2026

Paylaşılıb

sentyabr 17, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər