"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
Əlaqə Mərkəzi şöbəsi / Məlumat və bronlaşdırma üzrə agent

Əlaqə Mərkəzi şöbəsi / Məlumat və bronlaşdırma üzrə agent

Bu gün

18

Təsvir

  • Müştərilərdən daxil olan telefon zənglərini və digər kommunikasiya kanalları vasitəsilə müraciətləri qəbul etmək və operativ şəkildə cavablandırmaq;
  • Müştərilərə şirkətin məhsul, xidmət, tarif, kampaniya və digər təklifləri haqqında dəqiq və dolğun məlumat vermək;
  • Müştərilərin ehtiyaclarını müəyyənləşdirmək və uyğun xidmət və məhsullar barədə istiqamətləndirmək;
  • Müştərilər tərəfindən təqdim olunan məlumatlar əsasında bron və rezervasiya proseslərini həyata keçirmək;
  • Bronlaşdırma zamanı müvafiq sistemlərdə mövcudluq, tarix, vaxt, xidmət və digər zəruri məlumatları yoxlamaq və düzgün qeydiyyat aparmaq;
  • Yaradılmış bronların təsdiqini, dəyişdirilməsini və ya ləğv edilməsini müəyyən edilmiş prosedurlara uyğun həyata keçirmək;
  • Müştərilərə bron şərtləri, dəyişiklik və ləğv qaydaları barədə ətraflı məlumat vermək;
  • Bronlaşdırma zamanı daxil edilən məlumatların düzgünlüyünü yoxlamaq və sistemdə tam şəkildə əks etdirmək;
  • Müştəri müraciətləri, bronlar və digər əməliyyatlarla bağlı məlumatları müvafiq sistemlərdə qeydiyyata almaq;
  • Mürəkkəb və xüsusi hallarla bağlı müraciətləri aidiyyəti struktur bölmələrə yönləndirmək və zəruri hallarda icra prosesini izləmək;
  • Müştərilərin sual, təklif və şikayətlərini qəbul etmək, səlahiyyətləri çərçivəsində cavablandırmaq və həllinə dəstək göstərmək;
  • Müştəri məmnuniyyətinin və yüksək xidmət standartlarının təmin edilməsinə töhfə vermək;
  • Gündəlik fəaliyyət üzrə tələb olunan məlumat və hesabatların hazırlanmasında iştirak etmək;
  • Əlaqə Mərkəzinin daxili prosedur, qayda və xidmət standartlarına riayət etmək;
  • Rəhbərlik tərəfindən verilən digər müvafiq tapşırıqları yerinə yetirmək.


Tələblər


  • Ali və ya orta ixtisas təhsili;
  • Müştəri xidməti, Əlaqə Mərkəzi, məlumatlandırma, bronlaşdırma, turizm, aviasiya, otelçilik və ya xidmət sahəsində iş təcrübəsi arzuolunandır;
  • Azərbaycan dilində səlis şifahi və yazılı nitq;
  • Rus və/və ya ingilis dili biliyi üstünlükdür;
  • Güclü kommunikasiya və aktiv dinləmə bacarığı;
  • Müştəriyönümlü yanaşma və yüksək xidmət mədəniyyəti;
  • Dəqiq və operativ işləmək bacarığı;
  • Məlumatları düzgün qəbul etmək, təhlil etmək və sistemə daxil etmək bacarığı;
  • Diqqətlilik və detallara yüksək səviyyədə önəm vermək;
  • Eyni vaxtda bir neçə müraciəti idarə etmək və prioritetləşdirmək bacarığı;
  • Stressli və intensiv iş şəraitində işləmək bacarığı;
  • Problemləri operativ həll etmək və həll yönümlü yanaşmaq bacarığı;
  • Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • CRM, bronlaşdırma və ya müştəri müraciətlərinin idarə edilməsi sistemləri ilə işləmə təcrübəsi üstünlükdür;
  • Məsuliyyətlilik, operativlik, diqqətlilik və yüksək iş intizamı.


İş yeri:

  • Heydər Əliyev adına beynəlxalq hava Limanı.


İş rejimi:

  • Növbəli.

 

Vakansiya haqqında

Son tarix

August 15, 2026

Paylaşılıb

avqust 11, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər