"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
Əsas vəsaitlərin və inventarların uçotu şöbəsi/Mühasib

Əsas vəsaitlərin və inventarların uçotu şöbəsi/Mühasib

Dünən

388

Təsvir

  • Əsas vəsaitlərin MUBHS standartlarına uyğun tanınması və amortizasiya siyasətlərinin tətbiqi;
  • Əsas vəsaitlərin düzgün kateqoriyalara ayrılması və onların faydalı istismar müddətinin müəyyən edilməsi;
  • Əsas vəsaitlərin alınması, təhvil-təslimi, daxili yerdəyişməsi, satışı və silinməsi üzrə müvafiq sənədləşmənin aparılması;
  • Kapital və əməliyyat xərclərinin MUBHS / IFRS tələblərinə uyğun şəkildə düzgün təsnifləşdirilməsi;
  • Əsas vəsaitlərin dəyərsizləşməsi üzrə qiymətləndirmələrin və analitik təhlillərin aparılması;
  • İllik və dövri inventarizasiyanın təşkili və nəticələrin mövcud uçot məlumatları ilə uzlaşdırılması;
  • İnventarizasiya zamanı aşkarlanan uyğunsuzluqların araşdırılması, əsaslandırılması və aktlaşdırılması;
  • Aylıq, rüblük və illik hesabatların hazırlanması və təqdim edilməsi;
  • Daxili və xarici audit prosesləri zamanı tələb olunan məlumatların təqdim edilməsi.

Tələblər

  • Təhsil: Ali Təhsil (Maliyyə/ Mühasibat uçotu/ İqtisadiyyat sahələri üzrə);
  • Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili – əla;
  • Proqram bilikləri:MS Word və Excel – əla səviyyədə; Dynamics 365, 1C, SAP – arzuolunandır;
  • Minimum 2 il Əsas vəsaitlərin uçotu üzrə iş təcrübəsi;
  • Sertifikatlar: F3, F7, PMS – arzuolunandır;
  • Yüksək səviyyədə yazılı və şifahi kommunikasiya bacarığı;
  • Problemlərin həlli, analitik düşünmə və komanda ilə işləmə bacarığı;
  • Məlumatları təhlil etmək və düzgün qərar vermək bacarığı;
  • Dəyişikliklərə tez uyğunlaşmaq qabiliyyəti.

 


İş qrafiki: 5 günlük;

İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı.

Vakansiya haqqında

Son tarix

December 21, 2025

Paylaşılıb

dekabr 15, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə