"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
İT İnfrastruktur Arxitektoru / İnformasiya Texnologiyaları İdarəsi

İT İnfrastruktur Arxitektoru / İnformasiya Texnologiyaları İdarəsi

Bu gün

293

Təsvir

  • AZAL-ın mövcud İT infrastrukturunun təhlilini aparmaq, çatışmazlıqları, texniki borcları, riskləri və təkmilləşdirmə imkanlarını müəyyən etmək;
  • Biznes strategiyası və əməliyyat tələblərinə uyğun hədəf İT infrastruktur arxitekturasını hazırlamaq;
  • Data Center, Disaster Recovery, High Availability və Business Continuity arxitekturasını layihələndirmək və inkişaf etdirmək;
  • On-premises, cloud və hybrid cloud mühitlərinin arxitekturasını formalaşdırmaq;
  • Server, storage, virtualization, backup, network, identity və security komponentləri üzrə texniki həllər hazırlamaq;
  • Kritik sistemlər üçün dayanıqlılıq, miqyaslana bilmə, performans və fault-tolerance tələblərini müəyyən etmək;
  • Yeni İT layihələri üzrə arxitektura tələblərini hazırlamaq və təqdim edilən texniki həlləri qiymətləndirmək;
  • İnfrastruktur layihələri üçün High-Level Design, Low Level Design, texniki spesifikasiya, diaqram və digər arxitektura sənədlərini hazırlamaq;
  • Mövcud sistemlərin modernləşdirilməsi, konsolidasiyası, miqrasiyası və optimallaşdırılması üzrə yol xəritəsi hazırlamaq;
  • İnfrastrukturun standartlaşdırılması və texnoloji platformaların konsolidasiyası üzrə təkliflər vermək;
  • Avadanlıq və proqram təminatının həyat dövrünü, tutum ehtiyaclarını və gələcək inkişaf proqnozlarını müəyyən etmək;
  • Capacity Planning və Performance Management proseslərinin formalaşdırılmasında iştirak etmək;
  • İnfrastruktur üzrə texnoloji standartlar, prinsiplər və arxitektura qaydaları hazırlamaq;
  • İnformasiya təhlükəsizliyi komandası ilə birlikdə təhlükəsiz və davamlı arxitektura yanaşmalarının tətbiqini təmin etmək;
  • Monitorinq, loqlaşdırma, avtomatlaşdırma və observability həllərinin arxitekturasının inkişaf etdirilməsində iştirak etmək;
  • Tender və satınalma prosesləri üçün texniki tələblərin hazırlanmasında və vendor təkliflərinin qiymətləndirilməsində iştirak etmək;
  • Təklif edilən həllər üzrə texniki və kommersiya müqayisələri aparmaq, optimal seçimlə bağlı əsaslandırılmış rəy təqdim etmək;
  • Vendorların və inteqratorların təqdim etdiyi dizayn və həllərin AZAL standartlarına uyğunluğunu yoxlamaq;
  • Layihələrin icrası zamanı texniki komandalar, biznes bölmələri, təhlükəsizlik komandası və xarici tərəfdaşlar arasında arxitektura koordinasiyasını təmin etmək;
  • İnfrastrukturla bağlı dəyişikliklərin texniki təsirini və risklərini qiymətləndirmək;
  • Kritik insidentlərin səbəblərinin araşdırılmasında iştirak etmək və təkrarlanmanın qarşısını alan arxitektura həlləri hazırlamaq;
  • İT infrastrukturu üzrə büdcə planlaşdırılmasına, texnoloji investisiyaların prioritetləşdirilməsinə və xərclərin optimallaşdırılmasına dəstək vermək;Mövcud infrastruktura dair sənədlərin, sxemlərin, inventar və konfiqurasiya məlumatlarının aktual saxlanılmasını təmin etmək;
  • Texniki komandalar üçün arxitektura üzrə ekspert dəstəyi və istiqamətləndirmə təqdim etmək.

Tələblər

  • Təhsil səviyyəsi: Ali (Bakalavr);
  • Müvafiq vəzifə üzrə minimum 7 il iş təcrübəsi;
  • Fiziki və virtual server infrastrukturları üzrə dərin biliklər;
  • VMware, Hyper-V və ya digər virtuallaşdırma platformaları üzrə təcrübə;
  • Storage, SAN, NAS və ehtiyat nüsxələmə texnologiyaları üzrə biliklər;
  • Microsoft Windows Server və Linux infrastrukturları üzrə biliklər;
  • Active Directory, DNS, DHCP, Group Policy və Identity Management həlləri üzrə təcrübə;
  • LAN, WAN, routing, switching, load balancing, firewall və network segmentation prinsipləri üzrə anlayış;
  • Microsoft Azure və ya digər cloud platformaları üzrə təcrübə;
  • Hybrid cloud arxitekturası və workload migration yanaşmaları üzrə biliklər;
  • Backup, replication, disaster recovery və business continuity prinsipləri üzrə dərin biliklər;
  • İnfrastruktur təhlükəsizliyi, Zero Trust, hardening və access control prinsipləri üzrə anlayış;
  • Database infrastrukturu və arxitekturası, yüksək əlçatanlıq, replikasiya, backup, performans və Disaster Recovery prinsipləri üzrə biliklər;
  • DevOps, CI/CD, Infrastructure as Code (IaC), containerization, orchestration və infrastrukturun avtomatlaşdırılması prinsipləri üzrə biliklər;
  • IT Governance, IT Service Management (ITSM), Change Management, risklərin idarə edilməsi və İT nəzarət mexanizmləri üzrə biliklər;
  • Data Center, Disaster Recovery və High Availability həllərinin layihələndirilməsi üzrə praktiki təcrübə.
  • Problemi həll etmə, analitik düşünmə bacarığı;
  • Komanda ilə işləmə bacarığı;
  • Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
  • Microsoft Office proqramları (MS Excel, MS Word, PowerPoint) - yüksək;
  • Windows və Linux əməliyyat sistemləri - yüksək;
  • Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( yüksək), Rus dili (orta).

 

 

İş qrafiki:

  • Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət)


 

İş yeri:

  • Heydər Əliyev Beynəlxalq Hava Limanı





Vakansiya haqqında

Son tarix

November 17, 2026

Paylaşılıb

noyabr 4, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik