"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
Komplayens şöbəsi, Sanksiyalara uyğunluq üzrə mütəxəssis

Komplayens şöbəsi, Sanksiyalara uyğunluq üzrə mütəxəssis

Dünən

43

Təsvir

  • AZAL-ın fəaliyyətində tətbiq olunan beynəlxalq sanksiya rejimlərini müəyyən etmək və onların əməliyyatlara təsirini qiymətləndirmək;
  • Tərəfdaşlar, marşrutlar, ödəniş kanalları və xidmət təminatçıları üzrə sanksiya risklərini təhlil etmək və risk xəritələndirilməsini həyata keçirmək;
  • Sanksiya yoxlamalarına metodiki rəhbərlik etmək və yoxlama prosedurlarının vahid qaydada icrasını təmin etmək;
  • Sanksiya tətbiq edilmiş fiziki və hüquqi şəxslərlə əməliyyatların məhdudlaşdırılmasını təmin etmək və buna nəzarət etmək;
  • Xarici sanksiyalara əməl edilməməsi nəticəsində yarana biləcək hüquqi, maliyyə və nüfuz risklərini müəyyənləşdirmək;
  • Risklərin azaldılması üzrə qabaqlayıcı və düzəldici tədbirlər hazırlamaq və həyata keçirmək;
  • Sanksiya uyğunluğu üzrə daxili qaydaları (siyasət, prosedur, təlimat) hazırlamaq və tətbiqini izləmək;
  • İşçilər üçün maarifləndirmə və təlim tədbirlərini təşkil etmək, monitorinq və hesabatlılığı təmin etmək.

Tələblər

  • Ali təhsil (hüquq ixtisası üstünlükdür);
  • Komplayens, hüquq, daxili nəzarət və ya risklərin idarə olunması sahəsində minimum 3 il iş təcrübəsi;
  • Beynəlxalq və milli sanksiya rejimləri üzrə bilik və praktik tətbiq təcrübəsi;
  • Azərbaycan və ingilis dillərində mükəmməl ünsiyyət qurmaq bacarığı (rus dili biliyi üstünlükdür);
  • MS Word, MS Excel, MS PowerPoint və MS Outlook proqramlarında sərbəst işləmək bacarığı;
  • Analitik düşünmə, riskləri qiymətləndirmək və hesabat hazırlamaq bacarığı;
  • Güclü ünsiyyət, qərarvermə, problem həll etmə və komandada işləmək bacarığı.

Vakansiya haqqında

Son tarix

March 10, 2026

Paylaşılıb

mart 2, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər