"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
Loyallıq İdarəsi/Biznesin İnkişafı Şöbəsi/Aparıcı İT Biznes Analitik

Loyallıq İdarəsi/Biznesin İnkişafı Şöbəsi/Aparıcı İT Biznes Analitik

17-01-2025

837

Təsvir

Rəqəmsal aviasiya platformaları (Veb, iOS və Android) üçün xüsusiyyətlərin dizaynı və təkmilləşdirilməsi məqsədilə biznes bölmələri, tərtibatçılar və QA komandaları ilə sıx əməkdaşlıq etmək;

Tərtibatçılar və testçilər üçün texniki tələbləri, o cümlədən məlumat xəritələrini, diaqramları, axın sxemlərini və test ssenarilərini hazırlamaq, təhlil etmək və sənədləşdirmək;

QA komandaları ilə birlikdə test ssenarilərini müəyyənləşdirmək və onların biznes və texniki tələblərə uyğunluğunu təmin etmək;

Tətbiq tapşırıqlarının icra vəziyyətini izləmək və nəzarətdə saxlamaq;

Məhsul Sahibinin iştirakı ilə istifadəçi qəbul testlərini (UAT) aparmaq və işlənmiş funksionallığı yoxlamaq;

Proseslərin istehsalata buraxılması üçün detallı tələbləri və sənədləri hazırlamaq;

İstehsal mühitinə keçiddən sonra ikinci səviyyəli dəstək göstərmək, aviasiya ilə bağlı sistemlər və xidmətlər üçün tətbiq səviyyəsində performans və stabilliyi təmin etmək.

Tələblər

Təhsil: Bakalavr, Magistr (üstünlükdür);

Dil bilikləri: Azərbaycan dili – Əla, İngilis dili – əla, Rus dili – üstünlük;

Proqram bilikləri: Microsoft Office proqramları (MS Excel, MS Word, PowerPoint – əla səviyyədə);

ECBA, CBAP və ya digər texniki sertifikatlar (üstünlükdür);

İş təcrübəsi: minimum 3 il;

Proqram Bilikləri: BPMN, UML, API, Camunda, Microsoft MS, Google products, Postman, Swagger, SQL;

Maraqlı tərəflər, tərtibatçılar və QA komandaları ilə effektiv ünsiyyət;

Tapşırıqların prioritetləşdirilməsi və vaxtın idarə edilməsi;

Problemlərin həlli və dəyişən tələblərə uyğunlaşma bacarığı;

Komanda əməkdaşlığını gücləndirən yanaşma;

Analitik düşüncə və detallara diqqət;

Biznes məqsədləri ilə qərar qəbul etmək bacarığı;

Güclü analitik və sənədləşdirmə bacarıqları;

SDLC və arxitektura (veb və mobil) haqqında biliklər;

API standartları (REST/SOAP), Postman, Swagger;

Tətbiq qeydlərinin təhlili və problemlərin həlli;

SQL sorğuları yazılması və icrası, JSON və XML strukturlarının təhlili;

Müştəri-Server münasibətləri və Jira, Confluence, Click-up istifadə bacarığı.





İş şəraiti: 


  • İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək;
  • İş yeri-Heydər Əliyev Beynəlxalq Aeroportu.


Vakansiya haqqında

Son tarix

fevral 4, 2025

Paylaşılıb

yanvar 17, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik