"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
Maliyyə və Mühasibat Uçotu İdarəsi/ Mühasib

Maliyyə və Mühasibat Uçotu İdarəsi/ Mühasib

Bu gün

7

Təsvir

  • Təchizatçılardan daxil olan hesab-fakturaların yoxlanılması, təsdiqlənməsi və mühasibat sisteminə düzgün şəkildə daxil edilməsi;
  • Kreditor borcların uçotunun aparılması, təchizatçılarla mütəmadi üzləşdirmələrin həyata keçirilməsi və qalıqların nəzarətdə saxlanılması;
  • Ödənişlərin müəyyən edilmiş qrafikə uyğun hazırlanması, təsdiq prosesinin izlənilməsi və vaxtında icrasına nəzarət edilməsi;
  • Bank əməliyyatlarının, ödəniş tapşırıqlarının və köçürmələrin hazırlanması və icra prosesinin koordinasiya edilməsi;
  • Müqavilə şərtlərinə uyğun olaraq ödəniş cədvəllərinin izlənilməsi və ödəniş öhdəliklərinin vaxtında yerinə yetirilməsinin təmin edilməsi;
  • Təchizatçılarla hesablaşmalar zamanı yaranan uyğunsuzluq və mübahisələrin araşdırılması, əlaqələndirilməsi və operativ həllinin təmin edilməsi;
  • Ay sonu bağlanış prosesində iştirak edilməsi, hesabların uzlaşdırılması və zəruri mühasibat əməliyyatlarının icrası;
  • Maliyyə hesabatlarının hazırlanması üçün tələb olunan məlumatların toplanması, təhlili və təqdim edilməsi;
  • Daxili və xarici audit proseslərində iştirak edilməsi, audit sorğularına uyğun sənədlərin hazırlanması və təqdim olunması.

Tələblər

  • Təhsil səviyyəsi - Bakalavr;
  • Sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Beynəlxalq maliyyə sertifikatlarının olması üstünlükdür;
  • Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
  • Problemi həll etmə, analitik düşünmə, komanda ilə işləmə bacarığı;
  • Danışıqların aparılması bacarığı;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
  • Microsoft Office proqramları (MS Word, Excel – əla səviyyədə);
  • Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( orta), Rus dili (orta).


İş qrafiki:

  • Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət)


İş yeri:

  • Heydər Əliyev Beynəlxalq Hava Limanı

Vakansiya haqqında

Son tarix

August 10, 2026

Paylaşılıb

avqust 6, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə