"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
Naxçıvan BHL/Uçuşların elektrik-işıq texniki təminatı xidməti/Uçuşların elektri texnikası təminatı sahəsinin rəisi

Naxçıvan BHL/Uçuşların elektrik-işıq texniki təminatı xidməti/Uçuşların elektri texnikası təminatı sahəsinin rəisi

Bu gün

14

Təsvir

  • Hava limanının uçuşların elektrik-işıq texniki təminatı üzrə sahəsinin fəaliyyətini təşkil etmək və idarə etmək;
  • Uçuşların elektrik-işıq texniki vasitələri ilə fasiləsiz və təhlükəsiz təmin olunmasına nəzarət etmək;
  • Sahənin gündəlik fəaliyyətini planlaşdırmaq, iş bölgüsünü həyata keçirmək və əməkdaşların fəaliyyətini əlaqələndirmək;
  • Hava limanının işıqlandırma sistemlərinin, elektrik avadanlıqlarının və uçuşların elektrik-işıq təminatı vasitələrinin texniki vəziyyətinə nəzarət etmək;
  • Elektrik-işıq sistemlərinin istismarının müəyyən edilmiş texniki tələblərə, normativ sənədlərə və təhlükəsizlik qaydalarına uyğun həyata keçirilməsini təmin etmək;
  • Avadanlıqlarda yaranan nasazlıqların vaxtında müəyyən edilməsini, aradan qaldırılmasını və zəruri texniki tədbirlərin görülməsini təşkil etmək;
  • Profilaktik texniki xidmət və təmir işlərinin planlaşdırılmasını və vaxtında icrasını təmin etmək;
  • Sahədə aparılan texniki işlərin keyfiyyətinə və müəyyən edilmiş müddətlərdə yerinə yetirilməsinə nəzarət etmək;
  • Avadanlıqların texniki vəziyyəti, aşkar edilmiş nasazlıqlar və görülmüş işlər barədə müvafiq hesabat və məlumatların hazırlanmasını təşkil etmək;
  • Zəruri texniki ehtiyatların, materialların və avadanlıqların müəyyən edilməsində və onların səmərəli istifadəsində iştirak etmək;
  • Əməkdaşlar arasında iş bölgüsünü aparmaq, onların fəaliyyətinə nəzarət etmək və iş intizamını təmin etmək;
  • Əməyin mühafizəsi, elektrik təhlükəsizliyi, yanğın təhlükəsizliyi və digər təhlükəsizlik tələblərinə riayət olunmasına nəzarət etmək;
  • Fövqəladə və operativ hallarda zəruri tədbirlərin görülməsini təşkil etmək və aidiyyəti rəhbərliyə məlumat vermək;
  • Hava limanının digər struktur bölmələri ilə koordinasiyalı fəaliyyət göstərmək;
  • Sahənin fəaliyyətinin təkmilləşdirilməsi və əməliyyatların səmərəliliyinin artırılması ilə bağlı təkliflər hazırlamaq;
  • Rəhbərlik tərəfindən verilən və vəzifə funksiyalarına uyğun digər tapşırıqları yerinə yetirmək.

Tələblər

  • Ali təhsil - bakalavr dərəcəsi;
  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
  • Elektrik, elektrotexnika, energetika və ya əlaqəli texniki sahə üzrə biliklər;
  • Elektrik avadanlıqlarının və sistemlərinin istismarı, texniki xidməti və təmiri üzrə ilkin/praktiki biliklər;
  • Hava limanı elektrik-işıq sistemlərinin iş prinsipləri barədə biliklərin olması üstünlükdür;
  • Texniki sənədləri, təlimatları və normativ tələbləri oxumaq və tətbiq etmək bacarığı;
  • Texniki problemləri müəyyən etmək, təhlil etmək və operativ həll etmək bacarığı;
  • İşlərin planlaşdırılması, əməkdaşlar arasında düzgün iş bölgüsünün aparılması və komandanın fəaliyyətinin koordinasiya edilməsi bacarığı;
  • Müstəqil qərar qəbul etmək və operativ vəziyyətlərdə düzgün istiqamət müəyyənləşdirmək bacarığı;
  • Azərbaycan dilini əla səviyyədə bilmək, ingilis və rus dillərini bilmək üstünlükdür;
  • MS Word, MS Excel və MS Outlook proqramlarından istifadə bacarığı;
  • Güclü yazılı və şifahi ünsiyyət bacarığı;
  • Danışıqların aparılması və müxtəlif struktur bölmələrlə effektiv əməkdaşlıq etmək bacarığı;
  • Problemlərin həlli və qərarvermə bacarığı;
  • Öyrənmə və yeni texnologiya və prosedurlara uyğunlaşma qabiliyyəti;
  • Komandada işləmək və komandanı idarə etmək bacarığı;
  • Strateji və analitik düşünmə qabiliyyəti;
  • Məsuliyyətlilik, diqqətlilik, operativlik və yüksək iş intizamı;
  • Təhlükəsizlik tələblərinə ciddi riayət etmək və texniki məsələlərə məsuliyyətli yanaşmaq.


İş yeri: Naxçıvan Beynəlxalq Hava Limanı

İş rejimi: Növbəli

Vakansiya haqqında

Son tarix

September 24, 2026

Paylaşılıb

sentyabr 18, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər