"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
Qiymətin Əmələ Gəlməsi, Tarif və Rentabellik şöbəsi/ Aparıcı İqtisadçı

Qiymətin Əmələ Gəlməsi, Tarif və Rentabellik şöbəsi/ Aparıcı İqtisadçı

Bu gün

470

Təsvir

  • Kommersiya strukturları ilə biznes tərəfdaşlığı çərçivəsində əməkdaşlığın həyata keçirilməsi;
  • Gəlirlərin təhlil edilməsi və büdcə göstəricilərinə uyğunluğunun yoxlanılması;
  • Agent bonusları və komissiya ödənişlərinin düzgünlüyünün yoxlanılması;
  • Reyslərin rentabelliyinin təhlil edilməsi və müvafiq göstəricilərə nəzarətin həyata keçirilməsi;
  • Uçuş xərclərində baş verən dəyişikliklərin təhlil edilməsi və qiymətləndirilməsi;
  • Statistik və dövri hesabatların hazırlanması və təqdim edilməsi;
  • Rəhbərlik tərəfindən verilən digər analoji tapşırıqların icra edilməsi.

Tələblər

  • Təhsil: İqtisadiyyat, Maliyyə, Menecment və ya müvafiq sahə üzrə bakalavr dərəcəsi (Xaricdə əyani təhsil təcrübəsi arzuolunandır);
  • Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili – əla, Rus dili – (arzuolunandır);
  • Kompüter bilikləri: MS Excel – yüksək səviyyə (pivot table, lookup-lar, formullar, dashboard yanaşması), MS PowerPoint – analitik təqdimatların hazırlanması, MS Word – rəsmi yazışmalar;
  • İş təcrübəsi: minimum 3 il (aviasiya, nəqliyyat, logistika və ya iri korporativ strukturlarda təcrübə üstünlükdür);
  • İATA, İCAO, ACCA, CFA, CFI kimi qurumların sertifikatlarına sahib olmaq üstünlükdür;
  • Detallara diqqət və məsuliyyət;
  • Effektiv ünsiyyət və komandada işləmək bacarığı.


Qeyd: Xarici partnyorlarla iclas və görüşlərdə iştirak üçün aktiv verbal xarici dil bacarıqları vacibdir. 

 

İş qrafiki:

  • Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət);

İş yeri:

  • Heydər Əliyev Beynəlxalq Hava Limanı

Vakansiya haqqında

Son tarix

December 1, 2026

Paylaşılıb

noyabr 25, 2026

Vakansiya növü

Tam ştat

Vəzifə dərəcəsi

Mütəxəssis

Kateqoriya

Digər