"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
Satınalmalar İdarəsi/ Satınalma üzrə mütəxəssis

Satınalmalar İdarəsi/ Satınalma üzrə mütəxəssis

Bu gün

635

Təsvir

  • Şirkətin ehtiyaclarına uyğun olaraq mal, iş və xidmətlər üzrə satınalma tələblərini müəyyənləşdirmək və satınalma prosesini təşkil etmək;
  • Bazar araşdırmaları aparmaq, potensial təchizatçıları müəyyənləşdirmək, onların qiymət təkliflərini toplamaq, müqayisə etmək və təhlil etmək;
  • Təchizatçılarla danışıqlar aparmaq, qiymət, keyfiyyət, çatdırılma müddəti və ödəniş şərtləri üzrə ən əlverişli təklifləri əldə etmək;
  • Satınalma sifarişlərini, qiymət müqayisə cədvəllərini, texniki tapşırıqları və digər zəruri satınalma sənədlərini hazırlamaq və rəsmiləşdirmək;
  • Müqavilələrin hazırlanması, razılaşdırılması və icrasına nəzarət etmək, mal və xidmətlərin razılaşdırılmış şərtlərə uyğun çatdırılmasını təmin etmək;
  • Satınalma proseslərinin şirkətin daxili prosedurlarına, büdcə tələblərinə və qüvvədə olan qanunvericiliyə uyğun həyata keçirilməsini təmin etmək, müvafiq sənədləşmə və hesabatları aparmaq;
  • Təchizatçıların fəaliyyətini qiymətləndirmək, satınalma xərclərinin optimallaşdırılması imkanlarını müəyyənləşdirmək, riskləri vaxtında aşkar etmək və satınalma proseslərinin səmərəliliyinin artırılması üzrə təkliflər vermək.

Tələblər

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili - orta, Rus dili - arzuolunandır;
  • MS Word, MS Excel və MS PowerPoint proqramlarında işləmək bacarığı;
  • Güclü yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Danışıqların aparılması bacarığı;
  • Problemlərin həlli bacarığı;
  • Təqdimat bacarıqları;
  • Yüksək öyrənmə qabiliyyəti;
  • Dəyişikliklərə çevik uyğunlaşma bacarığı;
  • Komandada effektiv işləmə bacarığı.

Vakansiya haqqında

Son tarix

November 3, 2026

Paylaşılıb

oktyabr 29, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər