"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
Tibb xidmətinin təşkili şöbəsi/Aparıcı mütəxəssis

Tibb xidmətinin təşkili şöbəsi/Aparıcı mütəxəssis

Bu gün

13

Təsvir

  • Tibbi və sanitariya sahəsi üzrə məlumatların toplanması, sistemləşdirilməsi və təhlilini həyata keçirmək;
  • Tibbi və sanitariya göstəriciləri üzrə məlumat bazalarını formalaşdırmaq, yeniləmək və məlumatların aktuallığını təmin etmək;
  • Müvafiq statistik və analitik hesabatları hazırlamaq, məlumatların düzgünlüyünü yoxlamaq və müəyyən edilmiş müddətlərdə təqdim etmək;
  • Tibbi xidmətin təşkili ilə bağlı məlumatları təhlil etmək və aidiyyəti üzrə təqdim etmək;
  • Normativ-hüquqi və metodiki sənədləri araşdırmaq, onların tələblərini iş prosesində tətbiq etmək;
  • Tibbi və sanitariya göstəriciləri üzrə məlumatların sistemləşdirilməsi və təhlili əsasında müvafiq təkliflərin hazırlanmasında iştirak etmək;
  • Şöbənin fəaliyyəti ilə bağlı digər struktur bölmələrlə effektiv məlumat mübadiləsini və əməkdaşlığı təmin etmək;
  • İş prosesində yaranan məsələlərin operativ həllində iştirak etmək;
  • Rəhbərlik tərəfindən verilən və vəzifə funksiyalarına uyğun digər tapşırıqları yerinə yetirmək.


Tələblər

  • Ali təhsil bakalavr dərəcəsi;
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
  • Tibbin əsasları üzrə ilkin biliklər;
  • Məlumatların toplanması, sistemləşdirilməsi və analitik təhlili üzrə bacarıqlar;
  • Hesabatların düzgün, dəqiq və vaxtında hazırlanması üzrə təcrübə;
  • Normativ-hüquqi və metodiki sənədlərlə işləmək və onların tələblərini praktiki fəaliyyətdə tətbiq etmək bacarığı;
  • Azərbaycan dili səlis, ingilis dili və rus dillərini bilmək üstünlükdür;
  • MS Word, MS Excel və MS Outlook proqramları üzrə biliklər;
  • Yüksək səviyyədə yazılı və şifahi kommunikasiya bacarığı;
  • Danışıqların aparılması və problemlərin həlli bacarığı;
  • Komandada işləmək və əməkdaşlarla effektiv qarşılıqlı əlaqə qurmaq bacarığı;
  • Dəyişikliklərə və yeni iş proseslərinə uyğunlaşmaq bacarığı;
  • Analitik düşüncə, diqqətlilik, dəqiqlik, məsuliyyətlilik və operativlik.


İş rejimi: 5 günlük

İş yeri: Heydər Əliyev adına Beynəlxalq Hava Limanı

Vakansiya haqqında

Son tarix

September 22, 2026

Paylaşılıb

sentyabr 9, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər