Beynəlxalq Logistika idxal, ixrac və tranzit əməliyyatlarının yerinə yetirilməsi və logistika sahəsində xarici əlaqələrin təşkili;
Avia, dəniz, avtomobil və qatar daşımaları üzrə ən optimal nəqliyyat marşrutlarının müəyyən edilməsi;
Xaricdən alınan Hava Gəmilərinin ehtiyyat hissələrinin və Hava limanına aid malların daşınmasının təşkili;
Geri qaytarılan və ya təmirə göndərilən mallarının ixrac əməliyyatlarının və daşınmanın təşkil edilməsi;
Tranzit və transfer yüklərinin logistikasının idarə olunması və nəqliyyat sənədlərinin (AWB, B/L, CMR, Invoice, Packing list və s.) düzgünlüyünün yoxlanılması;
Gömrük-broker şirkətləri, ekspeditorlar və daşıyıcılarla əməkdaşlığın və sənəd dövriyyəsinin təşkil edilməsi;
Daşımalar zamanı gömrük, təhlükəsizlik və nəqliyyat qaydalarına riayət olunmasının təmin edilməsi;
Logistika tədarük zəncirinə aid hesabatların və analitik məlumatların hazırlanması;
Logistika əməliyyatları üzrə daxili sistemlərdə məlumatların qeydiyyatı və yenilənməsi;
Xarici və yerli tərəfdaşlarla korporativ yazışmaların və danışıqların aparılması;
Təchizat, anbar və nəqliyyat şöbələri ilə qarşılıqlı işin koordinasiyası;
Şirkətin logistika siyasətinin təkmilləşdirilməsində təşəbbüskar iştirak etmək;
Bu əməliyyatların görülməsi üçün qarşı tərəflərlə korporativ danışıqların aparılması.
Tələblər
Təhsil: Ali təhsili;
Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili – səlis;