Hazır məhsulların qəbulunu, yerləşdirilməsini və sistemə mədaxil edilməsini təmin etmək;
Anbarda hazır məhsulların müvafiq sistem və ardıcıllıqla yığılmasına və yerləşdirilməsinə nəzarət etmək;
Hazır məhsulların təhlükəsizliyini və düzgün saxlanılmasını təmin etmək, sənədləşdirmə və mədaxil–məxaric sənədlərinin təhvili qaydalarına riayət olunmasını təmin etmək;
Sifarişlər üzrə malların düzgün bölgüsünü həyata keçirmək, sifarişləri ilkin olaraq anbar qalığında yoxlamaq və malların mövcudluğuna əmin olduqdan sonra 1C anbar modulu vasitəsilə və ya rəhbərliyin rəsmi e-mail məktubu əsasında sifarişçilərə göndərmək;
Rəsmiləşdirmə və hesabat qaydalarına riayət edilməsini təmin etmək, müvafiq aylıq hesabatlar tərtib etmək;
Anbarda yanğına qarşı ləvazimatların mövcudluğu və saz vəziyyətdə olmasına, həmçinin avadanlıqların və inventarın vaxtında təmirinə nəzarət etmək;
Köhnəlmiş, zədələnmiş və ya yararsız məhsulları müəyyənləşdirmək, bu barədə rəhbərliyə müvafiq hesabat təqdim etmək;
Məhsulların düzgün yerləşdirilməsini və etiketlənməsini təmin etmək;
Stok səviyyəsinə nəzarət etmək və dövri inventarizasiya aparmaq;
Malların vaxtında və düzgün təhvil verilməsini təmin etmək;
Anbarın təmizliyinə və səliqəsinə riayət etmək;
Anbar sənədlərinin (qaimə, akt, hesabat və s.) düzgün və tam aparılmasını təmin etmək;
Yükləmə və boşaltma işlərinin düzgün təşkili və icrasına nəzarət etmək;
Təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına əməl etmək.
Tələblər
Ali təhsil – logistika, iqtisadiyyat, istehsalatın təşkili, mühəndislik və ya idarəetmə sahələri üzrə;
Müvafiq sahə üzrə 1–3 il iş təcrübəsi;
Anbar idarəetməsi və anbar modulu üzrə sertifikatlara malik olmaq;
Stok və inventar nəzarəti üzrə bilik və bacarıqlar;
Barkod və skanerlərlə işləmək bacarığı;
Forklift və digər anbar avadanlıqları ilə işləmək bacarığı;
Avadanlıqların və materialların saxlanma qaydaları barədə biliklər.