"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
Sərnişinlərə xidmət üzrə mütəxəssis

Sərnişinlərə xidmət üzrə mütəxəssis

Dünən

1K

Təsvir

  • Daşıyıcının daşınma qaydalarına əsasən normadan artıq baqajın rəsmiləşdirilməsi tələblərini bilmək;
  • Normadan artıq baqaj, prioritet yerlər, xidmət sinfinin artırılması və hava limanında qeydiyyat xidmətlərinə görə ödənişləri qəbul etmək;
  • EMD və MCO (Müxtəlif yığımlar qəbzi) sənədlərini müvafiq tələblərə uyğun şəkildə rəsmiləşdirmək;
  • TİM tələblərinə əsasən sərnişinlərin pasport və vizalarını yoxlamaq;
  • Müşayiət olunmayan uşaqların qeydiyyatı zamanı aviaşirkət qaydalarına uyğun sənədləri yoxlamaq;
  • Fiziki hərəkəti məhdud olan sərnişinlərin qeydiyyatı zamanı müvafiq prosedurlara əməl etmək;
  • Valideynlərindən biri ilə səyahət edən 18 yaşına çatmamış Azərbaycan Respublikası vətəndaşlarının sənədlərini yoxlamaq.

Tələblər

  • Ali təhsil (bakalavr);
  • Azərbaycan dilini yüksək, ingilis dilini əla, rus dilini isə orta səviyyədə bilmək;
  • MS Word, MS Excel, MS PowerPoint və MS Outlook proqramları ilə işləmə bacarığı;
  • Güclü yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Qərarvermə və problem həll etmə qabiliyyəti;
  • Operativlik və yüksək məsuliyyətlilik;
  • Komandada işləmək və effektiv koordinasiya bacarığı;
  • Dəyişikliklərə çevik uyğunlaşma və yüksək stress altında işləmə qabiliyyəti;
  • Öyrənməyə açıq olmaq və peşəkar inkişaf istəyi.


İş qrafiki: Növbəli

İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı

Vakansiya haqqında

Son tarix

February 13, 2026

Paylaşılıb

fevral 9, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər