"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
SƏTƏMM və KN idarəsi/Keyfiyyətə nəzarət mütəxəssisi

SƏTƏMM və KN idarəsi/Keyfiyyətə nəzarət mütəxəssisi

Dünən

634

Təsvir

  • ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sisteminin (KİS) tətbiqi, tələblərinə uyğunluğuna nəzarət və sistemin davamlı təkmilləşdirilməsinin təmin edilməsi;
  • KİS çərçivəsində struktur bölmələr arasında koordinasiyanın təşkili, proses sahibləri ilə birgə işləyərək sistem tələblərinin təşkilat üzrə vahid şəkildə tətbiqinə nəzarət;
  • Əsas və dəstək proseslərinin müəyyən edilməsi, xəritələndirilməsi, qarşılıqlı əlaqələrinin qurulması və KİS tələblərinə uyğun olaraq proses performansının izlənilməsi;
  • KİS üzrə proseslərə əsaslanan risk və imkanların müəyyən edilməsi və izlənilməsi;
  • KİS üzrə prosedur, qayda, təlimat və digər sənədlərin hazırlanması, yenilənməsi və vahid sənəd idarəetmə yanaşmasının təmin edilməsi;
  • Daxili auditlərin keçirilməsi, nəticələrinin təhlili və audit nəticələri üzrə struktur bölmələrlə birgə tədbirlərin razılaşdırılması;
  • Uyğunsuzluqların, müşahidələrin və təkmilləşdirmə imkanlarının təhlili, düzəldici tədbirlərin icrasına nəzarət
  • Rəhbərlik üçün KİS-in effektivliyi, proses göstəriciləri və risklər üzrə analitik hesabatların hazırlanması;
  • Sertifikasiya və nəzarət auditlərinə hazırlıq, audit zamanı struktur bölmələrlə koordinasiya və audit sonrası tədbirlərin izlənilməsi.

Tələblər

  • Ali təhsil (idarəetmə, mühəndislik və ya əlaqəli sahə üzrə);
  • Keyfiyyət idarəetmə sistemi sahəsində minimum 2–3 il praktik iş təcrübəsi;
  • Daxili audit və risk əsaslı yanaşma üzrə real təcrübə;
  • MS Office proqramlarında sərbəst işləmə bacarığı;
  • ISO 50001 Enerji İdarəetmə Sistemi standartının tələbləri üzrə biliklər üstünlükdür;
  • ISO 9001 üzrə Internal Auditor sertifikatı (Lead auditor üstünlükdür);
  • Azərbaycan dili – səlis, İngilis dili – orta səviyyə (standart və metodiki sənədləri oxumaq bacarığı).

Vakansiya haqqında

Son tarix

February 12, 2026

Paylaşılıb

fevral 9, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər