"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
Uçuş heyətinin sertifikatlaşması üzrə mütəxəssis

Uçuş heyətinin sertifikatlaşması üzrə mütəxəssis

Bu gün

15

Təsvir

  • Uçuş heyətinin sertifikatlaşdırılması prosesini təşkil etmək və müvafiq sənədləri hazırlamaq;
  • Sertifikat və lisenziyaların etibarlılıq müddətlərinə və yenilənmə tarixlərinə nəzarət etmək;
  • İlkin, yenilənmə, yenidən təsdiqləmə və dövri təlimlərdən sonra sertifikatların rəsmiləşdirilməsini təmin etmək;
  • Təlim, sertifikatlaşdırma və uçuş yoxlamaları üzrə məlumatları təsdiq edilmiş sistemlərdə vaxtında yeniləmək;
  • Uçuş heyəti üzvlərinin elektron və kağız formatda şəxsi işlərini idarə etmək və arxivləşdirmək;
  • Simulator, yerüstü və uçuş yoxlamalarının düzgün sənədləşdirilməsinə nəzarət etmək;
  • Təlim və sertifikatlaşdırma üzrə hesabatlar hazırlamaq və auditlər üçün tələb olunan sənədləri toplamaq;
  • Uyğunsuz, çatışmayan və ya vaxtı keçmiş sənədləri müəyyən etmək və onların aradan qaldırılmasını təmin etmək;
  • Uçuş heyətinin daxili sertifikatlaşdırılmasını həyata keçirmək;
  • Lisenziyaların etibarlılığının təmin edilməsi məqsədilə DMAA ilə müvafiq kommunikasiyanı həyata keçirmək;
  • Sənədləşdirmənin ICAO standartlarına və tətbiq olunan normativ tələblərə uyğunluğunu təmin etmək;
  • Təlim sənədlərinin təlimatçılar tərəfindən düzgün və tam doldurulmasına nəzarət etmək;
  • Təlim və sertifikatlaşdırma məlumatlarının dəqiq və aktual saxlanılmasını təmin etmək;
  • Fəaliyyət istiqaməti üzrə rəhbərliyə müvafiq hesabatlar təqdim etmək.

Tələblər

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili – orta; Rus dili – arzuolunandır.
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Sənədlərin düzgün idarə olunması, qeydiyyatı və arxivləşdirilməsi üzrə bacarıq;
  • Diqqətlilik, dəqiqlik və məxfi məlumatlarla işləmək bacarığı;
  • Öyrənmə və yeni prosesləri tez mənimsəmə qabiliyyəti;
  • Dəyişikliklərə və yeni iş şəraitinə uyğunlaşma bacarığı;
  • Komandada işləmək və digər struktur bölmələrlə effektiv əməkdaşlıq etmək bacarığı;
  • Vaxtın düzgün idarə edilməsi və tapşırıqların müəyyən edilmiş müddətlərdə icra olunması bacarığı.


İş yeri

  • Heydər Əliyev Beynəlxalq Hava Limanı.

İş rejimi

  • 5 günlük iş qrafiki (09:00–18:00).

Vakansiya haqqında

Son tarix

September 14, 2026

Paylaşılıb

sentyabr 9, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər