"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
Uçuşlara nəzarət mərkəzinin xarici aeroportlarda yerüstü xidmət üzrə mütəxəssis

Uçuşlara nəzarət mərkəzinin xarici aeroportlarda yerüstü xidmət üzrə mütəxəssis

Bu gün

245

Təsvir

  • Xarici aeroportlarda uçuşların təhlükəsiz və səmərəli yerüstü xidmətlə təmin olunmasına nəzarət etmək;
  • Sərnişin, baqaj, yük, yanacaq doldurma və digər yerüstü xidmətlərin IATA standartlarına uyğun icrasını təmin etmək;
  • Uçuş gecikmələrinin düzgün qeydiyyatını aparmaq və maraqlı tərəfləri vaxtında məlumatlandırmaq;
  • Uçuşların real vaxt gəliş və çıxış məlumatlarını sistemə daxil etmək və monitorinqini aparmaq;
  • Yerüstü xidmət təminatçıları və tərəfdaş qurumlarla əlaqələndirməni həyata keçirmək;
  • Uçuşların vaxtında və optimal xərclərlə icrasını təmin etmək məqsədilə daxili əməliyyat şöbələri ilə koordinasiyanı qurmaq.


Tələblər

  • Təhsil: Ali (bakalavr) — aviasiya, logistika, menecment və ya əlaqədar sahə üzrə;
  • İş təcrübəsi: Minimum 1 il (yerüstü xidmət və ya aviasiya əməliyyatları sahəsində təcrübə üstünlükdür);
  • Dil bilikləri: Azərbaycan dili – yüksək, İngilis dili – yüksək, Rus dili – orta səviyyədə;
  • Proqram bilikləri: MS Office (Word, Excel, PowerPoint, Outlook);
  • Güclü ünsiyyət və koordinasiya bacarığı;
  • Dəyişikliklərə tez uyğunlaşma və operativ qərarvermə qabiliyyəti;
  • Komandada işləmə və çoxsaylı tərəfdaşlarla effektiv əməkdaşlıq bacarığı.


İş şəraiti:

  • Heydər Əliyev Beynəlxalq Hava Limanı;
  • Növbəli


Vakansiya haqqında

Son tarix

November 11, 2025

Paylaşılıb

noyabr 5, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Logistika və nəqliyyat