Azərpambıq ASK MMC
Ana səhifə
/
/
/
Ağcabədi PİEZ filialında aqronom

Ağcabədi PİEZ filialında aqronom

30-05-2024

1.5K

Təsvir

  • Pambıq bitkilərinin zərərvericilər, xəstəliklər və alaq otlarına qarşı görüləcək işlərin təşkilinə rəhbərlik edilməsi;
  • Bitki mühafizəsi üzrə görüləcək işlər barədə təkliflər verilməsi;
  • Respublika məlumat və xəbərdarlıq laboratoriyasının təqdim etdiyi hesabatlar və təsərrüfatlardan alınan sifarişlər əsasında mübarizə aparılacaq sahələrin təyin edilməsi;
  • Yerüstü aqreqatlara, kimyəvi və bioloji vasitələrə olan tələbatın müəyyən edilməsi;
  • Bitki mühafizəsi sahəsində görüləcək tədbirlər üzrə aylıq və illik plan hazırlanması;
  • Bitkilərin mühafizəsi və yerüstü xidmət işlərinin tələb olunan pestisidlərlə aparılması üçün onların əldə edilməsi və təsərrüfatlarda bitkilərin mühafizə tədbirlərinin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi;
  • Bitkilərin mühafizəsində zərərvericilər, xəstəliklər və alaq otlarına qarşı aparılan tədbirlərdə qabaqcıl təcrübələrin və elmin son nailiyyətlərinin tətbiq edilməsinin təmin edilməsi;
  • Sınaqdan keçmiş preparatların tətbiqinin həyata keçirilməsi;
  • Bitki mühafizəsində mütərəqqi metodlardan düzgün və səmərəli istifadə etmək məqsədi ilə qabaqcıl təcrübənin tətbiq edilməsinin həyata keçirilməsi;
  • Bitki mühafizəsində kimyəvi vasitələrdən istifadə olunduqda texniki təhlükəsizliyin təmin olunmasına nəzarət edilməsi. 


 


Tələblər

  • Sahə üzrə ali təhsil ;
  • Pambıqçılıq üzrə 5 ildən çox iş təcrübəsi ;
  • Kənd təsərrüfatı texnikaları ilə bağlı spesifik məlumatlar, işləmə prinsipləri barədə biliklər ;
  • Gübrə, pestisidlərin tərkibi və istifadəsi ilə bağlı məlumatlar (MSDS-lər) ;
  •  İdarəetmə təcrübəsi ;
  • Analitik düşünmə bacarığı ;
  • Microsoft Office (Word, Excel, Power Point) 1C 8.3 ERP proqramlarında işləmək ;

İş rejimi: 6 gün

  • Həftədə 40 saat

İş yeri Ağcabədi rayonunda yerləşdiyinə görə həmin rayonda yaşayan namizədlərin müraciət etmələri xahiş olunur.


Vakansiya haqqında

Son tarix

iyul 9, 2024

Paylaşılıb

may 30, 2024

Vakansiya növü

Tam ştat

Əmək haqqı

345 - 445 AZN

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı