Azərpambıq ASK MMC
Ana səhifə
/
/
/
Ağdam PİTM filialında Anbardar

Ağdam PİTM filialında Anbardar

07-06-2024

680

Təsvir

  • Yanacağın, xammalın, yarım fabrikatın, hazır məhsulun, hissələrin, alətlərin, əşyaların anbara qəbulu, çəkilməsi, mühafizəsi və müxtəlif materialların anbardan buraxılması;
  • Qəbul olunmuş maddi sərvətlərin müşayiətedici sənədlərə uyğunluğunun yoxlanılması;
  • Materialların mühafizə olunduğu yerə aparılması (əl ilə və ya ştampellərin və başqa mexanizmlərin köməyi ilə) və eyni zamanda görünüşünə, keyfiyyətinə, təyinatına və başqa əlamətlərinə görə çeşidlərə ayrılması;
  • Materialın və məhsulun xarab olması və itkilərin qarşısını almaq məqsədi ilə mühafizəsinin təşkili və təmin olunması;
  • Yükləmə, boşaltma və anbar daxilində yüklərin yerləşdirilməsi işinə rəhbərlik;
  • Müştərilərin sifarişlərinə görə materialların dəstlərə komplektləşdirilməsi, əhalinin şəxsi avtonəqliyyatını müvəqqəti saxlamaq üçün lazım olan sənədlərin rəsmiləşdirib qəbul edilməsi;
  • Anbarda qorunub saxlanan materialların hərəkəti ilə əlaqədar hesabat sənədlərinin və onların uçotunun aparılması;
  • İnventarlaşdırmanın aparılmasında iştirak;


Tələblər

  • Minimum 1-2 il iş təcrübəsi;
  • Anbar təsərrüfatının təşkilinə aid olan əsasnamə, təlimat və digər normativ sənədləri, rəhbər materialları, mal-material qiymətlilərə dair standart və texniki şərtləri bilmək;
  • Mal-material qiymətlilərinin yerləşdirilməsi qaydalarını bilmək;
  • Daxili əmək intizam qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilmək.


Vakansiya haqqında

Son tarix

iyul 17, 2024

Paylaşılıb

iyun 7, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Logistika və nəqliyyat