Azərbaycan Dəmir Yolları
Ana səhifə
/
/
/
Elektrik qatar maşinist köməkçisi

Elektrik qatar maşinist köməkçisi

Dünən

324

Təsvir

  • Hərəkətin təhlükəsizliyini, daşınan yüklərin saxlanışını şərtsiz təmin etməklə sərnişin və yükdaşıma ehtiyacını ödəmək, texniki vasitələrdən səmərəli istifadə etmək, ətraf mühitin mühafizəsi tələblərinə riayət etmək;
  • Qatarların idarə olunmasını və manevr işinin müəyyən edilmiş qaydada yerinə yetirmək və qabaqcıl texnoloji biliklərə yiyələnmək;
  • Sərnişinlərin minib düşməsi qaydalarında pozuntulara yol verməməklə sərnişinlərə keyfiyyətli xidmət olunmasını təmin etmək;
  • Təlimata uyğun olaraq peşə kodeksinə əməl etməklə səliqəli, təmiz şəkildə xüsusi geyim formasında, tam istirahət etdikdən sonra işə gəlmək, ADY-nin daxili intizam qaydalarına əməl etmək;
  • Elektrik qatarına qulluq və texniki xidmət göstərmək üçün verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək, həmçinin elektrik qatarının detal və aqreqatlarının, xidmət etdiyi və qarşılaşdığı qatarların vəziyyətlərinə, elektrik qatarının özbaşına hərəkətə gəlməsinə qarşı bərkidilməsinə nəzarət etmək;
  • Maşinistlə maşinist köməkçisi arasında, lokomotiv briqadası ilə qatar dispetçeri yaxud stansiya növbətçiləri arasında danışıq reqlamentini dəmir yolunda müəyyən olunmuş qaydada yerinə yetirmək;
  • Dispetçerlərin, stansiya növbətçilərinin, qatarların hərəkətinin təşkili və manevr işinin icrası üçün cavabdeh olan digər vəzifəli şəxslərin əmrlərini və operativ sərəncamlarını xidmət olunan sahə və stansiyalarda yerinə yetirmək;
  • Qatarı idarə etmək qabiliyyətini qəflətən itirdikdə qatarı dərhal dayandırmaq;
  • Elektrik qatarında təhlükəsizlik və radiorabitə qurğularının, detal və aqreqatların işinə müəyyən edilmiş qaydada nəzarət etmək, onların və yanğından mühafizə qurğularının vəziyyətini yoxlamaq;
  • Yanacaq enerji resurslarını, sürtkü və digər materialları qənaətlə istifadə etməklə, təyin edilmiş normalara riayət etmək, avadanlıqları, alətləri və fərdi mühafizə vasitələrini saz vəziyyətdə saxlamaq;
  • Müəyyən edilmiş qaydada səfərqabağı tibbi müayinədən keçmək, hərəkət təhlükəsizliyi və texniki təlükəsizlik üzrə təlimat almaq;
  • Müəyyən edilmiş vaxtda işə gəlmək mümkün olmadıqda bu barədə müəyyən olunmuş vaxt ərzində növbətçiyə məlumat vermək;
  • Qatarın təhvil-təslim zamanı invertarların yoxlanılmasına nəzarət etmək.

Tələblər

  • Müvafiq sahə üzrə peşə təhsili (elektrik qatar maşinist köməkçisi ixtisası üzrə)
  • Elektrik qatar maşinist köməkçisi vəsiqəsinin olması
  • Qatarların idarə edilməsi üzrə nəzəri və praktiki biliklər
  • Qatarların texniki parametrlərə və qoyulan tələblərə uyğun olaraq səmərəli rejimdə idarə edilməsi sərəncamlarında olan avadanlıq və digər vasitələrdən istifadə, təhlükəsizlik qaydaları, qatarların təchizatı, nasazlıqların aşkarlanması və aradan qaldırılması, 1-ci həcmli texniki servis əməliyyatlarının yerinə yetirilməsi üzrə biliklər
  • SƏTƏM üzrə biliklər
  • Diqqətlilik
  • Peşəkar ehtiyatlılıq

Vakansiya haqqında

Son tarix

yanvar 12, 2025

Paylaşılıb

dekabr 4, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Logistika və nəqliyyat