Azərpambıq ASK MMC

Aqronom

02-04-2025

277

Təsvir

  • Bitkilərin zərərvericilər, xəstəliklər və alaq otlarına qarşı görüləcək işlərin təşkilinə rəhbərlik edir;
  • Rayon bitki mühafizə stansiyalarının nümayəndələri ilə birlikdə kənd təsərrüfatı bitkilərinin zərərverici və xəstəliklərin sıxlıq dinamikasını və yayılmasını təyin edir;
  • Bitki mühafizəsi üzrə görüləcək işlər barədə təkliflər verir; Respublika məlumat və xəbərdarlıq laboratoriyasının təqdim etdiyi hesabatlar və təsərrüfatlardan alınan sifarişlər əsasında mübarizə aparılacaq sahələri təyin edir, yerüstü aqreqatlara, kimyəvi və bioloji vasitələrə olan tələbatı müəyyən edir;
  • Bitki mühafizəsi sahəsində görüləcək tədbirlər üzrə aylıq və illik plan hazırlayır və işlərin görülməsini təmin edir; Bitkilərin mühafizəsi və yerüstü xidmət işlərinin tələb olunan pestisidlərlə aparılması üçün onların əldə edilməsini təşkil edir və təsərrüfatlarda bitkilərin mühafizə tədbirlərinin yerinə yetirilməsinə nəzarəti həyata keçirir;
  • Bitkilərin mühafizəsində zərərvericilər, xəstəliklər və alaq otlarına qarşı aparılan tədbirlərdə qabaqcıl təcrübələrin və elmin son nailiyyətlərinin tətbiq edilməsini təmin edir, sınaqdan keçmiş preparatların tətbiqini həyata keçirir; Bitki mühafizəsində mütərəqqi metodlardan düzgün və səmərəli istifadə etmək məqsədi ilə qabaqcıl təcrübənin tətbiq edilməsini həyata keçirir;
  • Bitki mühafizəsində kimyəvi vasitələrdən istifadə olunduqda texniki təhlükəsizliyin təmin olunmasına nəzarət edir; 

Tələblər

  • Müvafiq sahə üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə iş stajı;
  • Microsoft Office (Word, Excel, Power Point), 1C 8.3 ERP proqramlarında işləmək;

Vakansiya haqqında

Son tarix

May 12, 2025

Paylaşılıb

aprel 2, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı