28-10-2024
266
Mühəndis-energetik elektrik avadanlıqlarının fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını, qənaət rejiminə riayət etməklə enerji ehtiyatlarından səmərəli istifadə olunmasını təmin edir. Elektrik avadanlıqlarının istismarı sahəsində təcrübə mübadiləsi üzrə işi aparır. Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil edir. Təmir üçün podrat təşkilatları ilə planları (qrafikləri) razılaşdırır, onları lazımi texniki sənədlərlə təmin edir, əsaslı təmir üçün siyahı tutulmasında iştirak edir. Enerji təsərrüfatının perspektiv inkişafı planlarının, elektrik avadanlıqlarının yenidən qurulması üzrə təkliflərin işlənib hazırlanmasına rəhbərlik edir. Avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasına, təmirin keçirilməsinə, smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib edilməsinə rəhbərlik edir. Təmirarası xidməti, təmirin vaxtında və keyfiyyətlə keçirilməsini, avadanlığın modernləşdirilməsinə nəzarəti təşkil edir. Köhnəlmiş avadanlıqları müəyyən edir və onların təmirini növbələşdirir. Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsində iştirak edir. Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsini təmin edir. Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflərə rəy verir, onların tətbiqinə kömək edir. Avadanlıq və qurğulara təmir xidməti göstərən işçilərə rəhbərlik edir.
8-ci dərəcə: müvafiq sahə üzrə ali ixtisas təhsili və müvafiq iş üzrə 3 ildən az olmayaraq iş stajı
Son tarix
dekabr 7, 2024
Paylaşılıb
oktyabr 28, 2024
Vakansiya növü
Tam ştat
Əmək haqqı
495 - AZN
Prime Cotton MMC ● Saatlı, Azərbaycan
Bu gün
160
PASHA Bank ● Bakı, Azərbaycan
Bu gün
10.6K
Prime Cotton MMC ● Bakı, Azərbaycan
Bu gün
1.2K
Baku Steel Company ● Bakı, Azərbaycan
Bu gün
1