Azərpambıq ASK MMC

Mühəndis-energetik

11-06-2024

668

Təsvir

  • Mühəndis-energetik elektrik avadanlıqlarının fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını, qənaət rejiminə riayət etməklə enerji ehtiyatlarından səmərəli istifadə olunmasını təmin etmək;
  • Elektrik avadanlıqlarının istismarı sahəsində təcrübə mübadiləsi üzrə işi aparır. Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etmək;
  • Təmir üçün podrat təşkilatları ilə planları (qrafikləri) razılaşdırır, onları lazımi texniki sənədlərlə təmin edir, əsaslı təmir üçün siyahı tutulmasında iştirak etmək;
  • Enerji təsərrüfatının perspektiv inkişafı planlarının, elektrik avadanlıqlarının yenidən qurulması üzrə təkliflərin işlənib hazırlanmasına rəhbərlik etmək;
  • Avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasına, təmirin keçirilməsinə, smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib edilməsinə rəhbərlik etmək;
  • Təmirarası xidməti, təmirin vaxtında və keyfiyyətlə keçirilməsini, avadanlığın modernləşdirilməsinə nəzarəti təşkil etmək;
  • Köhnəlmiş avadanlıqları müəyyən etmək və onların təmirini növbələşdirmək;
  • Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsində iştirak etmək;
  • Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsini təmin etmək.

Tələblər

  • Ali təhsil
  • Sahə üzrə ən az 3 il iş təcrübəsi
  • MS Windows, MS Office, İnternet və s. biliklər.
  • Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə qaydaları bilməli


Vakansiya haqqında

Son tarix

iyul 21, 2024

Paylaşılıb

iyun 11, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı