Azərpambıq ASK MMC
Ana səhifə
/
/
/
Sabirabad PİTM filialında aparıcı mühəndis-mexanik

Sabirabad PİTM filialında aparıcı mühəndis-mexanik

30-05-2024

1.6K

Bağlanılıb

Təsvir

  • Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin etmək;
  • Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etmək;
  •  İstehsalatın texniki hazırlığını təmin etmək;
  • Təmir üçün podrat təşkilatları ilə planları (qrafikləri) razılaşdırmaq, onları lazımi texniki sənədlərlə təmin etmək, əsaslı təmir üçün siyahı tutulmasında iştirak etmək; 
  • Smeta xərclərini hesablamaq, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələri tərtib etmək;
  • Köhnəlmiş avadanlıqları, obyektləri müəyyən etmək və onların təmirini növbələşdirmək;
  • Eksperiment, quraşdırma və yeni texnikanı mənimsəmək, avadanlıqları sınaqdan keçirmək, bina və qurğuların yenidən qurulmasında iştirak etmək.
  • Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsini təmin etmək.


Tələblər

  • Kənd təsərüffatı sahəsində 5 ildən çox müddətə texniki sahə üzrə mühəndis-mexanik vəzifəsində əmək təcrübəsi tələb edilir
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizənin qayda və normalarını bilmək;
  • MS Windows, MS Office, İnternet və s. üzrə biliklər.

 

  • İş qrafiki: 6 iş günü
  • İstirahət günü bazar günü
  • İş rejimi:Tam ştat

Vakansiya haqqında

Son tarix

iyul 9, 2024

Paylaşılıb

may 30, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı