Şöbənin fəaliyyətini təşkil etmək, idarə etmək və fəaliyyət nəticələrinə görə məsuliyyət daşımaq;
Alternativ maliyyə xidmətləri istiqamətində strateji inkişaf təşəbbüslərinin hazırlanmasında iştirak etmək və icrasını təmin etmək;
Yeni biznes imkanlarının, satış kanallarının, tərəfdaşlıq modellərinin və gəlir mənbələrinin müəyyənləşdirilməsini təşkil etmək;
Beynəlxalq kart təşkilatları, ödəniş xidməti təchizatçıları, agentlər, xidmət təminatçıları və digər tərəfdaşlarla əməkdaşlıq münasibətlərinin qurulmasına və inkişafına rəhbərlik etmək;
Beynəlxalq kart təşkilatlarının təşviq proqramları və biznes təşəbbüsləri üzrə danışıqların aparılmasını və təşkilatın maraqlarının təmsil olunmasını təmin etmək;
Yeni tərəfdaşlıq təşəbbüsləri üzrə biznes modellərinin, kommersiya şərtlərinin, gəlirlilik təhlillərinin və iqtisadi əsaslandırmaların hazırlanmasını təşkil etmək;
Yeni məhsul, xidmət və əməkdaşlıq təşəbbüslərinin formalaşdırılmasını təmin etmək və aidiyyəti layihələrin icrasını koordinasiya etmək;
Tərəfdaşlarla bağlanacaq müqavilələrin biznes hissəsinin hazırlanmasını və kommersiya şərtlərinin razılaşdırılmasını təmin etmək;
Mövcud tərəfdaşlarla əməkdaşlıq şərtlərini, tarifləri və gəlir paylaşımı mexanizmlərini təhlil etmək, təkmilləşdirmə üzrə təkliflər hazırlamaq;
Bazar araşdırmalarının aparılmasını və rəqabət mühitinin təhlil edilməsini təşkil etmək;
Şöbənin fəaliyyət göstəricilərinin (KPI) müəyyənləşdirilməsində iştirak etmək, icrasına nəzarət etmək və nəticələr üzrə hesabatlılığı təmin etmək;
Şöbə əməkdaşlarının fəaliyyətini qiymətləndirmək, inkişaf ehtiyaclarını müəyyən etmək və peşəkar inkişaflarını dəstəkləmək;
Şöbənin fəaliyyəti üzrə dövri hesabatlar, təqdimatlar və təkliflər hazırlamaq və rəhbərliyə təqdim etmək;
Şöbənin fəaliyyətinin daxili normativ sənədlərə, strateji hədəflərə və qanunvericiliyin tələblərinə uyğun təşkil edilməsini təmin etmək;
Rəhbərlik tərəfindən verilən digər aidiyyəti tapşırıqları icra etmək.
Tələblər
Təhsil
Maliyyə, İqtisadiyyat, Biznesin idarə edilməsi, Marketinq və ya İnformasiya texnologiyaları sahələri üzrə ali təhsil.
Üstünlük hesab edilir:
Magistr təhsili;
MBA dərəcəsi;
Müvafiq beynəlxalq peşəkar sertifikatlar.
İş təcrübəsi
Bankçılıq, ödəniş xidmətləri, fintech və ya maliyyə xidmətləri sahəsində minimum 5 il iş təcrübəsi;
Minimum 2 il rəhbər vəzifədə iş təcrübəsi.
Üstünlük hesab edilir:
Visa və Mastercard layihələrində iştirak təcrübəsi;
Acquiring biznesi üzrə təcrübə;
Agent və tərəfdaş şəbəkələrinin idarə olunması təcrübəsi;
Biznes inkişafı və tərəfdaşlıqların idarə olunması üzrə təcrübə.
Peşəkar biliklər
Ödəniş ekosistemi və kart əsaslı ödəniş alətləri üzrə biliklər;
Acquiring və issuing biznesi üzrə biliklər;
Agent və tərəfdaşlıq modelləri üzrə biliklər;
Rəqəmsal ödəniş xidmətləri üzrə biliklər;
Biznes inkişafı və tərəfdaşlıqların idarə olunması üzrə biliklər;
Kommersiya danışıqlarının aparılması bacarığı;
Gəlir modellərinin hazırlanması və gəlirlilik təhlili üzrə biliklər;
Bazar araşdırmaları və rəqabət mühitinin təhlili üzrə biliklər;
Visa, Mastercard və digər beynəlxalq ödəniş sistemlərinin məhsulları, proqramları və əməkdaşlıq modelləri üzrə biliklər;
Biznes əsaslandırmalarının hazırlanması və büdcələşdirmə prinsipləri üzrə biliklər;
Komissiya və gəlir paylaşımı modelləri üzrə anlayış.
Dil bilikləri
Azərbaycan dili – sərbəst;
İngilis dili – minimum B2 səviyyəsində.
Rus dili biliyi (üstünlükdür)
Kompüter bilikləri
MS Office proqramlarında, xüsusilə Excel və PowerPoint proqramlarında yüksək səviyyədə işləmək bacarığı.
Üstünlük hesab edilir:
Power BI proqramında işləmək bacarığı.
Şəxsi keyfiyyətlər
Analitik düşüncə və strateji yanaşma;
Güclü ünsiyyət və təqdimat bacarıqları;
Danışıqlar aparmaq və maraqlı tərəflərlə effektiv əməkdaşlıq qurmaq bacarığı;
Liderlik və komanda idarəetmə bacarıqları;
Nəticəyönümlülük və təşəbbüskarlıq;
Yüksək məsuliyyətlilik və qərarvermə bacarığı.
Əlavə üstünlüklər
Merchant acquiring layihələri üzrə təcrübə;
QR ödənişləri və mobil ödəniş həlləri üzrə təcrübə;
Loyalty və cashback proqramlarının idarə olunması üzrə təcrübə;
Visa Business Development və Mastercard Business Development proqramları ilə iş təcrübəsi