Azərpoçt MMC
Ana səhifə
/
/
/
Ödəniş Alətlərinin İnkişafı Şöbəsinin Müdiri

Ödəniş Alətlərinin İnkişafı Şöbəsinin Müdiri

Bu gün

6

Təsvir

  • Ödəniş məhsulları və xidmətləri üzrə strategiyanın hazırlanmasını və icrasını təmin etmək;
  • Yeni ödəniş məhsulları və xidmətlərinin yaradılması, inkişafı və bazara çıxarılması üzrə layihələri idarə etmək;
  • Kart emissiyası və ekvayrinq məhsullarının inkişafını, optimallaşdırılmasını və idarə olunmasını təmin etmək;
  • SmartPay ödəniş platformasının inkişafı, funksionallığının artırılması və məhsul portfelinin genişləndirilməsini təşkil etmək;
  • ATM, POS, ödəniş terminalları, QR ödənişləri və e-commerce üzrə ödəniş xidmətlərinin inkişafını və fasiləsiz fəaliyyətini təmin etmək;
  • Mobil və internet bankçılıq kanalları üzrə rəqəmsal ödəniş həllərinin inkişafını koordinasiya etmək;
  • Açıq bankçılıq (Open Banking), API əsaslı xidmətlər və digər innovativ ödəniş həllərinin tətbiqini və inkişafını təmin etmək;
  • Məhsullar üzrə biznes tələblərinin müəyyənləşdirilməsini və texniki tapşırıqların hazırlanmasını təşkil etmək;
  • Prosessinq mərkəzləri, ödəniş sistemləri, xidmət təchizatçıları və digər tərəfdaşlarla əməkdaşlığı və əlaqələndirməni həyata keçirmək;
  • Məhsullar üzrə tariflərin, limitlərin, xidmət şərtlərinin və digər kommersiya parametrlərinin formalaşdırılmasını təmin etmək;
  • Məhsullarla bağlı prosedurların, qaydaların və digər normativ sənədlərin hazırlanmasını və yenilənməsini təşkil etmək;
  • Məhsulların həyat dövrünü idarə etmək, performans göstəricilərini izləmək və təkmilləşdirmə tədbirlərinin həyata keçirilməsini təmin etmək;
  • Bazar tendensiyalarını, rəqiblərin fəaliyyətini və müştəri ehtiyaclarını təhlil edərək yeni inkişaf imkanlarını müəyyənləşdirmək;
  • Aidiyyəti struktur bölmələri ilə əməkdaşlıq çərçivəsində məhsulların tətbiqini, inkişafını və dəstəyini koordinasiya etmək;
  • Şöbənin fəaliyyətini planlaşdırmaq, əməkdaşların işini təşkil etmək, fəaliyyət nəticələrini qiymətləndirmək və peşəkar inkişaflarını dəstəkləmək;
  • Şöbənin fəaliyyəti üzrə müvafiq hesabatların hazırlanmasını və rəhbərliyə təqdim edilməsini təmin etmək.

Tələblər

Təhsil

  • Maliyyə, İqtisadiyyat, Biznesin idarə edilməsi, İnformasiya texnologiyaları və ya digər əlaqəli sahələr üzrə ali təhsil.

İş təcrübəsi

  • Bank, ödəniş xidmətləri və ya fintech sektorunda minimum 5 il iş təcrübəsi;
  • Ödəniş məhsulları, kart biznesi və ya rəqəmsal bankçılıq sahəsində minimum 3 il iş təcrübəsi;
  • Minimum 2 il rəhbər vəzifədə və ya komanda idarəetməsi sahəsində iş təcrübəsi.

Peşəkar bilik və bacarıqlar

  • Bank və ödəniş xidmətləri sahəsini tənzimləyən qanunvericilik üzrə biliklər;
  • Kart emissiyası və merchant acquiring məhsulları üzrə bilik və təcrübə;
  • Visa və Mastercard məhsulları və xidmətləri üzrə biliklər;
  • Mobil və internet bankçılıq məhsullarının inkişafı və idarə olunması üzrə təcrübə;
  • Açıq bankçılıq (Open Banking) və API əsaslı xidmətlər üzrə biliklər;
  • AZQR və digər rəqəmsal ödəniş həlləri üzrə biliklər;
  • Məhsul idarəetməsi prinsipləri və məhsulun həyat dövrünün idarə olunması üzrə biliklər;
  • Layihələrin idarə olunması və biznes analiz üzrə biliklər;
  • Prosessinq mərkəzləri, ödəniş sistemləri və xidmət təchizatçıları ilə iş təcrübəsi;
  • Biznes tələblərinin hazırlanması və texniki komandalarla işləmək bacarığı.

Dil bilikləri

  • Azərbaycan dili – sərbəst;
  • İngilis dili – yaxşı səviyyədə;
  • Rus dili biliyi üstünlük hesab olunur.

Kompüter bilikləri

  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Jira və ya digər layihə idarəetmə alətləri ilə işləmək bacarığı üstünlük hesab olunur;
  • Power BI və SQL üzrə biliklər üstünlük hesab olunur.

Şəxsi keyfiyyətlər

  • Analitik və strateji düşüncə qabiliyyəti;
  • Liderlik və komanda idarəetmə bacarıqları;
  • Qərarvermə və problem həll etmə bacarıqları;
  • Güclü ünsiyyət və təqdimat bacarıqları;
  • Nəticəyönümlülük və təşəbbüskarlıq;
  • Dəyişikliklərin idarə olunması və innovativ yanaşma bacarığı;
  • Maraqlı tərəflərlə effektiv əməkdaşlıq qurmaq bacarığı.

Üstünlük hesab ediləcək

  • Agile, Scrum, PMP, PRINCE2 və ya məhsul idarəetməsi üzrə beynəlxalq sertifikatların olması;
  • Fintech və rəqəmsal ödəniş layihələrinin idarə olunması təcrübəsi;
  • Beynəlxalq ödəniş sistemləri ilə bağlı layihələrdə iştirak təcrübəsi.


 

Vakansiya haqqında

Son tarix

July 12, 2026

Paylaşılıb

iyun 12, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə