Azərpoçt MMC
Ana səhifə
/
/
/
Əmək haqqı üzrə aparıcı mütəxəssis

Əmək haqqı üzrə aparıcı mütəxəssis

Bu gün

77

Remote

Təsvir

  • Əmək haqqının, bonusların, mükafatların, məzuniyyət və digər ödənişlərin düzgün və vaxtında hesablanmasını təmin etmək;
  • Əmək haqqı ilə bağlı bütün tutulmaların (vergilər, DSMF, işsizlik sığortası və s.) qanunvericiliyə uyğun hesablanmasına nəzarət etmək;
  • Aylıq əmək haqqı cədvəllərini hazırlamaq və təsdiqə təqdim etmək;
  • Əmək haqqı üzrə mühasibat uçotunun düzgün aparılmasını təmin etmək;
  • Ezamiyyət, xəstəlik vərəqələri, məzuniyyət və digər ödəniş əsaslı sənədlərin hesablanmasını həyata keçirmək;
  • Son haqq-hesabların (işdən çıxan əməkdaşlar üzrə) düzgün hesablanmasını təmin etmək;
  • Əmək haqqı ilə bağlı daxili hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Qanunvericilikdə baş verən dəyişiklikləri izləmək və əmək haqqı hesablamalarında tətbiq etmək.

Tələblər

  • Əmək haqqının hesablanması sahəsində minimum 3-5 il iş təcrübəsi;
  • Əmək Məcəlləsi, Vergi Məcəlləsi və sosial sığorta qanunvericiliyi üzrə biliklər;
  • Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi, son haqq-hesab və digər ödənişlərin hesablanması üzrə praktiki təcrübə;
  • 1C və ya digər mühasibat proqramlarında işləmək bacarığı;
  • MS Excel proqramını yüksək səviyyədə bilmə (formullar, pivot və s.);
  • Analitik düşünmə və detallara diqqət;
  • Məlumatlarla işləmək və məxfilik prinsiplərinə riayət etmək bacarığı.


Vakansiya haqqında

Son tarix

March 28, 2026

Paylaşılıb

fevral 26, 2026

Vakansiya növü

Tam ştat

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə

İmtiyazlar

  • Ödənişli məzuniyyət
  • Tibbi Sığorta (işçini əhatə edən)