Azərpoçt MMC
Ana səhifə
/
/
/
Komplayens üzrə baş mütəxəssis

Komplayens üzrə baş mütəxəssis

27-01-2026

471

Təsvir

·        Cəmiyyətin fəaliyyət sahəsi üzrə yerli qanunvericilikdə və tənzimləyici aktlarda baş verən dəyişikliklərin izlənilməsi və daxili prosedurların uyğunlaşdırılması məsələlərinin tənzimlənməsi;

·        Yeni bağlanılan müqavilə layihələrinin risklər baxımından təhlili və rəy verilməsi;

·        Daxili qayda, prosedur və əsasnamələrin qanunvericiliyə  və beynəlxalq komplayens standartlarına uyğunluğunun qiymətləndirilməsi;

·        Komplayens risklərinin müəyyən edilməsi və qiymətləndirilməsi icra etmək;

·        Cəmiyyət daxili qaydaların və antikorrupsiya siyasətlərinin formalaşdırılması və icrasında maraqların toqquşmasının tənzimlənməsi və nəzarəti;

·        Yeni məhsul və xidmətlərin tətbiqi zamanı risklər üzrə rəy verilməsi;

·        AML/CFT üzrə icraedici funksiyaları həyata keçirən struktur ilə ümumi risk çərçivəsində koordinasiya;

·        Daxili audit və tənzimləyici yoxlamalar nəticəsində aşkar edilmiş uyğunsuzluqlar üzrə fəaliyyət planlarının hazırlanması və icrasına nəzarət.

Tələblər

·        Təhsil: Hüquq, İqtisadiyyat və ya İdarəetmə sahəsində ali təhsil;

·        Təcrübə: Maliyyə sektorunda risk, komplayens, hüquq və ya əlaqəli sahələrdə minimum 3 il iş təcrübəsi;

·        Sertifikatlar: ICA və ya oxşar beynəlxalq sertifikatlar üstünlükdür;

·        Dil bilikləri: Azərbaycan dili – əla, xarici dil biliyi üstünlükdü;

·        Yüksək analitik düşüncə, detallara diqqət və etik davranış.

Vakansiya haqqında

Son tarix

March 8, 2026

Paylaşılıb

yanvar 27, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə