Bu gün
184
İş yeri: Bakı
İş rejimi: 5 günlük
Tabeçiliyi: Strategiya və layihələrin idarə edilməsi departamentinin direktoru
Vəzifənin məqsədi: Təşkilatın uzunmüddətli inkişaf məqsədlərinin müəyyənləşdirilməsi, strateji planların hazırlanması və icrasına nəzarət edilməsi, fəaliyət göstəricilərinin izlənməsi və təşkilatın səmərəli fəaliyyətinin təmin olunması.
Vəzifə öhtəlikləri:
Strateji planlaşdırma və idarəetmə
Təşkilatın missiyası, vizyonu və strateji məqsədlərinə uyğun orta və uzunmüddətli strateji planları hazırlayır;
Strateji məqsədlərin həyata keçirilməsi üçün illik fəaliyyət planlarını formalaşdırır və icrasına nəzarət edir;
Strateji (əsas fəaliyyət) göstəricilər (KPI-lər) sistemini qurur, monitorinq və hesabatlılıq mexanizmlərini tətbiq edir;
Daxili və xarici mühitin (SWOT, PESTLE və s.) analizini aparır, qərarverici orqanlara təkliflər təqdim edir.
Fəaliyyət (Performans) və nəticələrin idarə olunması
Şirkət və ya qurum üzrə performans göstəricilərinin təyinini və qiymətləndirilməsini təşkil edir;
Müxtəlif struktur bölmələrin fəaliyyətinin strateji məqsədlərlə uyğunluğunu təhlil edir;
İcra vəziyyəti ilə bağlı dövrü hesabatlar hazırlayır və rəhbərliyə təqdim edir.
Risklərin və dəyişikliklərin idarə edilməsi
Strateji məqsədlərə təsir göstərə biləcək riskləri müəyyənləşdirir və idarəetmə planları hazırlayır;
Dəyişikliklərin idarəedilməsi proqramlarını işləyib hazırlayır və həyata keçirilməsini təmin edir.
İnnovasiya və təşkilati inkişaf
Korporativ idarəetmə və strateji inkişaf sahəsində yenilikçi yanaşmaların tətbiqini təşviq edir;
Daxili proseslərin optimallaşdırılması üçün metodoloji və analitik təkliflər hazırlayır;
Strateji məqsədlərin reallaşdırılması üçün layihələrin koordinasiyasını təmin edir.
Şöbənin idarə olunması
Şöbənin əməkdaşlarını idarə edir, iş bölgüsünü müəyyən edir, onların fəaliyyətinə nəzarət edir;
Şöbənin illik iş planını və büdcəsini formalaşdırır, resurslardan səmərəli istifadəni təmin edir;
Şöbənin illik planını və büdcəsini hazırlamaq, əməkdaşların fəaliyyətinə rəhbərlik etmək;
Strateji idarəetmə şöbəsinin idarəetmə sisteminin qurulması və təkmilləşdirilməsi.
Kvalifikasiya tələbləri:
Təhsil:
Ali təhsil (iqtisadiyyat, idarəetmə, biznesin təşkili, dövlət idarəçiliyi və ya əlaqəli sahələr üzrə);
Magistr dərəcəsi (üstünlükdür).
İş təcrübəsi:
Strateji planlaşdırma, idarəetmə, analitika və ya layihə idarəçiliyi sahəsində ən azı 5 il iş təcrübəsi;
Rəhbər vəzifədə (şöbə rəhbəri, layihə rəhbəri və s.) ən azı 2 il təcrübə
Sertifikatlar:
Strateji idarəetmə, layihə idarəçiliyi (PMI, PRINCE2, Balanced Scorecard, OKR və s.) üzrə beynəlxalq və ya yerli sertifikatlar üstünlükdür;
Funksional səriştə tələbləri:
Strateji planlaşdırma
Strategiyanın icrası
Strategiyanın qiymətləndirilməsi
Müəssisə fəaliyyətinin idarə edilməsi (Balanslaşdırılmış Göstəriciləri Sistemi, OKR və s.)
Dəyişikliklərin idarə edilməsi
Müəsissənin biznes funksiyaları və prosesləri üzrə biliklər
Azərbaycan dilində sərbəst, İngilis və Rus dillərində işlək səviyyədə bilik.
Ofis proqramlarında (Excel, PowerPoint, Power BI və s.) yüksək səviyyəli bacarıqlar
Davranış səriştə tələbləri:
Planlaşdırma
Təşkiletmə
Rəhbərlik/Aparıcılıq
Nəzarət etmə
Dəyişikliklərin idarə edilməsi
İşçilərin inkişafı
Empatiya
Ünsiyyət
Təmsiletmə
Təqdimat bacarıqları
Komanda işi
Danışıqların aparılması
Problem həlletmə
Analiz etmə
Detallara diqqət
Nəticəyönümlülük
Hesabatlılıq
Yaradıcılıq (yenilikçilik)
Stresin idarə edilməsi
Son tarix
December 29, 2025
Paylaşılıb
noyabr 19, 2025
Vakansiya növü
Tam ştat