Aztelekom MMC

Aparıcı mühasib

Bu gün

198

Təsvir

  • Müəssisə, idarə və təşkilatlarda mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları yerinə yetirmək.
  • Binalar, qurğular, ötürücü qurğular, iş-güc maşınları, ölçü tənzimləyici cihazlar, hesablama texnikası, nəqliyyat vəsaitləri, alətlər, istehsalat-təsrrufat inventarları (ləvazimatları), həmçinin başqa işlərə (məqsədlərə) qoyulan kapital qoyuluşları və başqa vəsaitlərdən (əmək vəsaitləri), Azərbaycan Respublikası Vergi Məcəlləsinə uyğun olaraq icbari ödənişləri tutmaq və onların mühasibat uçotunu aparmaq.
  • İşçilərlə bağlanmış əmək müqavilələrinə, idarənin əmrlərinə, təsdiq olunmuş ştat cədvəllərinə, iş vaxtının uçotu tabellərinə, qüvvədə olan normativ-hüquqi aktlara və Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq işçilərin əmək haqqını və digər ödənişləri (o cümlədən sosial sığorta müavinətləri) hesablamaq.
  • İşçilərdən Azərbaycan Respublikası Vergi Məcəlləsinə uyğun olaraq gəlir vergisini, qüvvədə olan normativ-hüquqi aktlara əsasən digər icbari ödənişləri tutmaq və onların mühasibat uçotunu aparmaq.
  • Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta müavinətlərinin ödənilməsi üçün tələb olunan sənədləri hazırlamaq.
  • Mədaxil və məxaric orderlərini tərtib etmək və xüsusi jurnalda onların qeydiyyatını  aparmaq.
  • İşçilərin haqq-hesab sənədlərini (kitabça, vərəqə, çek) tərtib etmək, onları imzalamaq.
  • Operativ və hesablama əməliyyatlarına nəzarət ilə əlaqədar hesablamaları yerinə yetirmək.
  • Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumatlar hazırlamaq, mühasibat sənədlərinin səliqəli saxlanılmasını təmin etmək, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün hazırlamaq.


Tələblər

  • Ali təhsilli.
  • Sahəsi üzrə ən azı 3 il iş təcrübəsinə malik olmalıdır.
  • Kompyuter bilikləri üzrə : MS Office, (xüsusi ile MS Exel) Mühasibat proqramlarını və Outlook programlarını bilməlidir.
  • Mühasibat Uçotu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Mühasibat Uçotunun təşkili və aparılması o cümlədən Mühasibat Uçotu və Maliyyə Hesabatlarının hazırlanması və təqdim edilməsi Qaydalarını mükəmməl bilməlidir.
  • Mühasibat Uçotu və Maliyyə sahəsinə aid olan sənədlərin tərtib etmə bacarıqlara malik olmalıdır.
  • Mühasibat uçotu sahəsində müasir trendləri bilməlidir.
  • Mühasibat uçotu sahəsinə aid olan sənədlərin tərtib etmə bacarığı.
  • İşgüzar yazışma əsaslarını bilməlidir.


Vakansiya haqqında

Son tarix

fevral 23, 2025

Paylaşılıb

yanvar 24, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə