Aztelekom MMC
Ana səhifə
/
/
/
Baş mühasibin müavini(Masallı)

Baş mühasibin müavini(Masallı)

26-09-2024

235

Təsvir

  • Cəmiyyət tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının Mühasibat Uçotu hesabatında düzgün əks etdirilməsini həyata keçirir; 
  • Mühasibat uçotu və maliyyə intizamının yerinə yetirilməsinə nəzarət edir və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında iştirak edir;
  • Mühasibat uçotu və hesabatı göstəriciləri əsasında müəssisənin Mühasibat uçotu və Maliyyə fəaliyyətinin təhlilini aparır, mal-material qiymətlilərinin hesablanması və ödənilmə öhdəliklərinin inventarizasiyasını aparır;
  • Mühasibat hesabatlarını müəyyən edilmiş müddətdə tərtib və təqdim edir;
  • Mal-material qiymətlilərinin və əsas vəsaitlərinin uçotunu onların hərəkətini mühasibat uçotu hesablarında əks etdirilməsinə nəzarət edir;

Tələblər

  • Maliyyə və ya mühasibatlıq istiqamətində ali təhsilli olmalı;
  • Sahəsi üzrə azı 3 (üç) il peşəkar iş təcrübəsinə malik olmalı;
  • Mühasibatlıq uçotunun aparılma qaydalarına aid olan əsasnamələri, təlimatları,qaydaları mükəmməl bilməli;
  • Mühasibat sahəsinə aid olan sənədlərin tərtib etmə bacarıqlarına malik olmalı;
  • Mühasibat uçotu sahəsini əhatə edən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarları və fərmanları barədə məlumatlı olmalı, onlardan və həmçinin aidiyyəti məcəllələrdən istifadə etmə qabliyyətinə malik olmalı;
  • MS Office proqramlarını bilməli


Vakansiya haqqında

Son tarix

oktyabr 3, 2024

Paylaşılıb

sentyabr 26, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə