"Aztelekom" olaraq Azərbaycanın hər nöqtəsində həyatlara toxunur, rəqəmsal gələcəyi inşa edirik. Komandamıza qoşul və bu gələcəyin bir hissəsi ol!
Səni hansı missiya gözləyir?
- SƏTƏM siyasətinin və təhlükəsizlik idarəetmə sisteminin hazırlanması, tətbiqi və təkmilləşdirilməsi.
- ISO 45001 və ISO 14001 tələblərinə uyğunluğun təmin edilməsində iştirak və sertifikasiyaya hazırlıq.
- Şöbələrdə və podratçılarda SƏTƏM tələblərinə əməl olunmasının yoxlanılması və uyğunluq hesabatlarının hazırlanması.
- İşçi heyəti üçün SƏTƏM təlimlərinin, maarifləndirmə proqramlarının və sertifikatlaşdırmanın təşkil edilməsi.
- Risklərin qiymətləndirilməsi, Risk Register-in idarə olunması və riskləri azaltmaq üçün tədbirlərin planlaşdırılması və icrası.
- Yeni avadanlıq və layihələr üçün ilkin SƏTƏM qiymətləndirmələrinin aparılması.
- Qəza, hadisə və peşə xəstəlikləri üzrə araşdırmaların keçirilməsi, səbəblərin müəyyənləşdirilməsi və təkrarlanmanın qarşısını alma tədbirlərinin tətbiqi.
- Həftəlik, aylıq və illik SƏTƏM hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması.
- Daxili auditlərin təşkil olunması, nəticələr əsasında tədbirlər planlarının hazırlanması və izlənməsi.
- SƏTƏM və əməliyyatlar üzrə iclasların keçirilməsi və protokolların hazırlanması; müəssisəni dövlət qurumları və auditorlar qarşısında təmsil etmək.
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və ətraf mühitlə bağlı təkliflərin hazırlanması və tətbiqinin dəstəklənməsi.
- SƏTƏM komandası ilə əməkdaşlıq edərək gündəlik fəaliyyətin və hesabatların idarə olunması.