Aztelekom MMC
Ana səhifə
/
/
/
Əmək haqqı üzrə Baş mütəxəssis

Əmək haqqı üzrə Baş mütəxəssis

Bu gün

256

Təsvir

  • İşçilərin əmək haqqı, bonuslar və digər mükafatlarının düzgün və vaxtında hesablanması.
  • Vergilər və digər kəsintilərin düzgün tətbiq olunmasını təmin etmək.
  • İşçilərin əmək haqqı hesablarının yoxlanılması, təkmilləşdirilməsi və təhlil edilməsi.
  • İşçilərdən gələn əmək haqqı, bonus və digər ƏH məsələləri ilə bağlı sualları cavablandırmaq.
  • Əmək haqqı ödənişlərinin yığılması, yoxlanılması və ödəniş üçün Maliyyə departamentinə göndərilməsi.
  • SAP sisteminə lazımı məlumatların vaxtında işlənilməsi.
  • Sistemdə yaradılmış yeni funksionallıqların test edilməsi.
  • Daxili və xarici hesabatların hazırlanması və təqdim olunması (aylıq, rüblük, illik).
  • Dövlət orqanlarına təqdim olunan vergi, sosial sığorta və digər hesabatların hazırlanması.
  • Əmək haqqı ilə bağlı qanunvericilik tələblərinə riayət edilməsi.
  • Şirkətin daxili siyasət və prosedurlarına uyğun olaraq əmək haqqı proseslərini təkmilləşdirmək və müasir texnologiyalardan istifadə edərək daha effektiv metodlar tətbiq etmək.


Tələblər


  • İqtisadiyyat, maliyyə, idarəetmə və ya müvafiq sahələrdə ali təhsil.
  • ƏH üzrə mütəxəssis kimi ən azı 2-4 illik iş təcrübəsi.
  • Vergi qanunvericiliyi, sosial sığorta və əmək haqqı sistemləri üzrə yüksək təcrübə.
  • ERP sistemlər üzrə (SAP arzu olunandır) üzrə təcrübə.
  • Ofis proqramları (xüsusilə Microsoft Excel) üzrə yüksək səviyyədə biliklər.
  • Əmək qanunvericiliyi, vergi və sosial sığorta ilə bağlı mükəmməl biliklər.
  • Mövcud qanun vericilikdə ƏH hesablanma qaydasını yüksək səviyyədə bilmək.
  • Dəqiqlik və detallara diqqət yetirmə bacarığı.
  • Məsuliyyətli və təşəbbüskarlıq.
  • Yüksək ünsiyyət qurma bacarığı.
  • Stressə davamlılıq və zaman idarəetməsi qabiliyyəti.


Vakansiya haqqında

Son tarix

April 17, 2025

Paylaşılıb

mart 12, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə