Aztelekom MMC
Ana səhifə
/
/
/
Əməliyyatçı (Xankəndi)

Əməliyyatçı (Xankəndi)

08-04-2025

606

Bağlanılıb

Təsvir

  • Satış və xidmətin təqdim edilməsi üzrə prosesi Cəmiyyətin Müştərilərlə Əlaqələr Departamenti tərəfindən hazırlanmış prosedurlarına uyğun şəkildə icra etmək.
  • Müştərilərin birbaşa qəbulu və ya müştərilərlə telefon danışığı zamanı Cəmiyyətin Müştərilərlə əlaqələr departamentinin təqdim etdiyi meyarlar və müvafiq standartlar əsasında xidmət göstərmək və müştəri məmnuniyyət səviyyəsinin yüksəldilməsini təmin etmək.
  • Müştərilər (vətəndaşlar) tərəfindən müxtəlif kanallar üzrə və ya birbaşa edilən müraciətlər (şikayət, təklif və s.) zamanı müvafiq müraciətləri (şikayət, təklif və s.) sistem üzərindən (SİNS, ARİS və s.) qeydə almaq və aidiyyəti üzrə yönləndirmək.
  • Cəmiyyətin Müştərilərlə Əlaqələr Departamenti tərəfindən təyin olunmuş plan və tapşırıqların icrasını sürətləndirmək və icrasını təmin etmək.
  • Cəmiyyətin Müştərilərlə Əlaqələr Departamenti tərəfindən təyin olunmuş hədəflər istiqamətində müvafiq işləri yerinə yetirmək, mövcud müştərilərlə birbaşa görüş zamanı əlavə xidmət və məhsul satışını həyata keçirmək.
  • Xidmətdən imtina etmək istəyən mövcud müştəri axınının qarşısını almaq üçün müvafiq təkliflər irəli sürmək və bu barədə rəhbərliyə məlumat (hesabat) təqdim etmək.
  • Cəmiyyətin proqram təminatlarında əməliyyatların aparılmasını (ARİS, SİNS və s.) təmin etmək və bununla bağlı yarana biləcək problemlərin aradan qaldırıması üçün birbaşa rəhbərə və Regional mərkəzə məlumat vermək.
  • Müqavilə və digər lazımi hüquqi sənədlərin saxlanmasını müvafiq qaydada təmin etmək.


Tələblər

  • Orta ixtisas və ya orta təhsilli olmalı.
  • Satış və müştəri xidmətləri sahəsində iş təcrübəsi olmalı .
  • Peşəkar ünsiyyət psixologiyasını bilməli.
  • Müasir telekommunikasiya trendlərini bilməli.
  • Azərbaycan dilini sərbəst bilməli (ingilis və rus dillərini bilməsi arzuolunandır).
  •  MS Office proqramları üzrə sərbəst işləmə bacarığına malik olmalı.
  • İşgüzar yazışma qaydalarının əsaslarını bilməli.


Vakansiya haqqında

Son tarix

April 15, 2025

Paylaşılıb

aprel 8, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə