TABIA Group LLC
Ana səhifə
/
/
/
Təchizat üzrə koordinator

Təchizat üzrə koordinator

Bu gün

17

Təsvir

·      Paulaner Baku Restoranın ehtiyaclarını araşdırmaq və sifarişləri müəyyənləşdirmək;

·      Paulaner Baku Restoranın vaxtlı-vaxtında lazım olan geniş çeşidli məhsullarla təmin etmək;

·      Bazarı araşdırmaq, məhsul və qiymətlər barədə informasiyalar əldə etmə;

·      Müxtəlif şirkətlərlə əlaqələr qurmaq, bu şirkətlərlə müqavilələr bağlamaq;

·      Təkliflər ilə bağlı şirkətlərlə görüşlər təşkil etmək;

·      Təchiz olunacaq məhsulların qiymət və keyfiyyətinə nəzarət etmək;

·      Müxtəlif sənədlər, müqavilələr, çeklər, fakturalar və s. ilə işləmək;

·      Maliyyə və anbar şöbələri ilə paralel işi təşkil etmək;

·      Təchizat proqramı vasitəsilə bütün təchizat proseslərinə nəzarət, sifarişlərin qəbulu və hesabatların verilməsi;

·      Gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq.

·      Təhvil-təslim aktlarının maliyyə şöbəsinə təqdim edilməsi

·      Effektiv tədarük prosesindən istifadə etmək, habelə mallar və xidmətlər üçün rəqabətə davamlı qiymətləri əldə etməklə, müəssisənin xərclərini minimuma endirilməsini təmin etmək

·      Tenderlərin təşkili

·      Sifariş formalaşdırma, 1C və ya İscala proqramında PO yaratmaq

·      Zəruri hallarda – yüklərin/malların sənədləşməsində çatışmazlıq, yer və çəki çatışmazlığı, qablaşdırılmanın zədələnməsi (pozulması), xarab olması hallarında yük/mal nasazlığı haqqında akt tərtib edilməsində iştirak etmək

·      Anbardara sənədləşmə və məhsul qəbulu məsələlərində daimi yardım etmək

·      Anbardar məzuniyyətdə olduğu halda məhsul qəbulunu həyata keçirmək

Mövsumi açılacaq ticari obyektin sifarişlərini formalaşdırıb, məhsul qəbulunu həyata keçirmək

Tələblər

·      Ali təhsil;

·      Qonaqpərvərlik sahəsində tələb olunan malların yerli və xarici bazarda araşdırılması;

·      Müvafiq sahədə minimum 1 il iş təcrübəsi, restoran və ya otel sahəsində təcrübə üstünlükdür;

·      Dil bilikləri: Azərbaycan dili – sərbəst; Rus və ya İngilis dili – orta;

·      Kompüter bilikləri: Micros, 1C, MS Ofis Proqramları, xüsusi ilə MS Excel üzrə biliklər;

·      İşlərin planlaşdırılması və analizi;

·      Analitik düşüncə qabilyyəti;

·      Yüksək ünsiyyət qurmaq və komandada işləmək bacarıqları;

Vakansiya haqqında

Son tarix

September 5, 2026

Paylaşılıb

avqust 6, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1 ilədək

Vəzifə dərəcəsi

Gənc mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə